2.4 Zahiri korporativ etikanın problemləri
Müasir cəmiyyətimizdə inam, düzgünlük və həqiqət kimi başlıca əxlaqi
dəyərlərin getdikcə sarsılması təəssüflə etiraf edilməlidir. Buna görə də gündəlik
həyatımızda müxtəlif yalan, dələduzluq və fırıldaqla üzləşməli oluruq. Dövrü
mətbuat belə faktları müntəzəm işıqlandırır. Hər gün həm məişətdə, həm də
biznesdə yalandan istifadə edib mənfəət götürmək istəyənlərin sayı günü-gündən
artır. Bəs yalanın kökü nədədir? Nə üçün insanlar yalan danışırlar? Əlbəttə biz
problemin psixoloji və fəlsəfi köklərini araşdırmaq niyyətində deyilik. Məqsədimiz
biznes aləmində yalanın ümumi formalarını və xüsusiyyətlərini aşkar etmək və
onun hansı mənfi nəticələrə gətirib çıxaracağını öyrənməkdir.
Yalanın əsas məqsədi həqiqəti gizlətməklə, yaxud məlumatı saxtalaşdırmaqla
gündəlik ünsiyyətdə və biznes sövdələşmələrində qarşı tərəfə üstün gəlmək, nüfuz
və gəlirə nail olmaqdır. Biznes aləmində yalan və kələk əsasən saziş bağlanan
prosesdə istifadə edilir. Yalan obyektiv reallığa kölgə sala (məsələnin əsas
səbəbinin gizlədilməsi), real seçimlərdə qeyri-müəyyənlik yarada (digər seçimlərin
edilməsində maneənin qəsdən yaradılması), şübhəli işi etibarlı iş kimi qələmə verə,
xərcləri azalda və gəlirləri süni şişirdə bilər. Yalanın forma və üsulları müxtəlifdir:
a)
Uydurma (blef) - qarşı tərəf yalan vədlər vermək və olmayan şeyləri
həqiqət kimi göstərmək.
b)
Saxtalaşdırmaq - yanlış məlumatı həqiqət kimi təqdim etmək.
c)
Aldatmaq - qəsdən səhv dəlillər təqdim etmək vasitəsilə müsahibi yanlış
nəticələr çıxarmağa məcbur etmək.
d)
Məlumatın gizlədilməsi - həqiqətin yalnız bir hissəsini təqdim etmək.
Məlumatı bu və ya digər dərəcədə saxtalaşdırmağa cəhd edən şəxs buəməlin
hansı mənfi nəticələrə gətirib çıxaracağını anlamalıdır. Biznes aləmində yalan
yalnız qısamüddətli nəticələr verə bilər.…
İş
güzar aləmdə yalanla bağlı yazılmamış sərt qaydalar mövcuddur. Kələkdən
istifadə edən şəxs bilməlidir ki, aldatdığı insanların inamını itirə bilər. Bir dəfə
73
aldanmış tərəf növbəti dəfə həmin şəxsə hər hansı bir xidmət üçün müraciət etmir.
Eyni zamanda yalan və fırıldaqla məşğul olan tərəfin əməlləri biznes dairələrində
çox sürətlə yayılır və həmin şəxsin yenidən inam qazanıb düzgün biznes fəaliyyəti
göstərməsi demək olar ki, mümkün deyildir. Həmin şəxs nəinki biznes
dairələrindən, həmçinin cəmiyyətdən də təcrid oluna bilər. Etik davranış normaları
baxımından yalan heç vaxt qəbul edilməmişdir.
Lakin elə hallar da vardır ki, yalana bəraət qazandırmaqoolar. Məsələn,
düşmən ölkəyə münasibətdə aldadıcı taktikadan istifadə etmək, düşmənə çaşdırıcı
məlumat vermək məqsədilə hərbi qüvvənin yalandan şişirdilməsi, düşmənin
qüvvələri və zəif cəhətləri haqqında məxfi məlumatın əldə edilməsi etika nöqteyi-
nəzərindən qəbul ediləndir.
Qeyri-etik davranışa yalandan savayı, eləcə də vədin pozulması, fırıldaqçılıq
və oğurluq daxildir.
Dostları ilə paylaş: |