Vədin pozulması, müqavilə şərtlərinə əməl edilməməsi
Vəd (söz vermək) - şəxsin bu və ya digər məsələyə münasibətini bildirən
onun razılığının ifadəsidir.Hələ tarixən Azərbaycanda verilən sözə və onun əməl
olunmasına çox ciddi fikir verilirdi. «Kişi sözu» ifadəsi də verilən sözün dəyərinin
nə qədər yüksək olmasından xəbər verir. Vədini pozan, sözünün üstündə durmayan
və sözünü geri götürən şəxs kimi hesab edilmirdi. XX əsrin əvvəlində bütün biznes
fəaliyyəti, sövdələşmələr kişi sözünün üstündə qurulurdu. Təəssüfedici haldır ki,
yeni bazar münasibətlərinə keçid adlandırdığımız bir dövrdə biznes aləmində bir
çox iş adamları verdiyi sözə və hətta imzaladığı müqavilələrin şərtlərinə əməl
etməkdən boyun qaçırırlar.
Oğurluq
Bütün cəmiyyətlərdə və mədəniyyətlərdə ən murdar əməl sayılır. Oğurluq
kiminsə mülkiyyətinə təcavüz etmək deməkdir. Demokratik cəmiyyətlərdə isə
mülkiyyət hüququna xüsusi əhəmiyyət verilir və ona təcavüz bütün hallarda
pislənilir. Eləcə də dövlətin və özəl şirkətlərin mülkiyyətinin oğurlanması
yolverilməzdir. Oğrulara heç bir cəmiyyətdə etibar yoxdur. Təəssüflə
74
etirafedilməlidir ki, oğurluğa alışmış bəzi şəxslər hətta yüksək maaşa və maddi
təminata baxmayaraq oğurluq edəcəklər və kiçicik imkan düşən kimi hətta
ə
həmiyyətsiz bir şeyi də çırpışdırmağa çalışacaqlar...
Dostları ilə paylaş: |