Hörmüzə dedilər: – Atanın vəzirləriidən nə xəta baş verib ki, on-
ları həbs etdiribsən?
Dedi: – Elə bir xəta baş verməyib ki, həbsə səbəb olsun. Lakin
gördüm, zəhmim onların ürəyinə elə çöküb ki, verdiyim vədlərə belə
inanmırlar. Qorxdum canlarının qorxusundan canıma qəsd etsinlər.
Ona görə də alimlərin sözürə əmal etdim. Alimlər deyiblər ki:
Şer
Kim səndən qorxursa, qıl ondan həzər,
Olsan da yüz elə şəxsə bərabər.
Pişik aciz qalsa, görmürsən, dərhal,
Pələngin gözünə atacaq çənkal.
İlan ona görə çalır çobanı Ki, qorxur çomaqla alınsın canı.
39
9. Hekayət
Ərəb hökmdarlarından biri qocalıq vaxtında xastələnib, həyatdan
ümidiyi kəsmişdi. Bu zaman bir atlı gəlib, xoş xəbər verərək dedi:
–Hökmdar sağ olsun, düşmənin qalasını dağıdıb başçılarını da
əsir aldıq. Düşmənin camaatı və qoşunları hökmdarın bayrağı altına
keçdilər.
Hökmdar kədərlə köksünü ötürüb dedi:
–Bu xoş xəbəri mənə yox, varislərimə ver!
Şer
Əziz ömür başa çatdı xoş arzular içində,
Dedim kaş ki, ürəyimdən gecən girsin qapımdan.
Ürəyimdən gecən gəldi, lakin ümid yoxdur ki,
Gecən ömür geri dönə, mən də olam kamran.
Şer
Köç təblini vurdu əcəl əlilə,
Ey gözlərim başa deyin: əlvida.
Ey əl, bilək və qol daha ayrılın.
Üzə, gözə, qaşa deyin: əlvida.
Düşmənlərin kamınça mən gedirəm,
Barı bu yoldaşa deyin: əlvida!
Mən nadan yaşadım dunyada, barı,
Dostum, sən xoş yaşa, deyin əlvida!