Microsoft Word Sadi Gulustan doc


Atabəy Əbubakr ibn Sədin tərifi



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə5/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   2   3   4   5   6   7   8   9   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 
Atabəy Əbubakr ibn Sədin tərifi
**
 
                                                           
**
 Цзəриндə немрə гойулмуит ад вə бейтлəр китабын 
 
17
 
Sədinin gözəl tərifinin dillərə düşməsi,  şair avazəsinin dünyaya 
yayılması,  şirin hekayələrinin ağızda  şəkər dadıb  əsər–lərinin hər 
yarpağının qızıl vərəqi tək  əldən–ələ  gəzməsi, onun öz fəzilət və 
sanətkarlığının yetkinliyindən deyil, bəlkə cahanın hökmdarı
zəmanənin sərdarı, Süleyman taxtının varisi və iman sahiblərinin 
hamisi,  şahlar  şahı Atabəy Müzəffərəddin  Əbubəkr ibn Səd ibn 
Zənginin (yer üzündə allahın gölkəsi odur. İlahi, ondan razı ol və 
könlünü  şad elə!) Ona mərhəmət nəzərilə baxıb, sənətinə yüksək 
rəğbət və  həqiqi məhəbbət bəsləməsindəndir. Xalqın da ona dərin 
məhəbbəti bu səbəbdəndir. 
 
Şer 
 
Mənə ki, salırsan belə xoş nəzər,  
Günəşdən məşhurdur yazdığım əsər.  
Olsa da qulunda çox eybü nöqsan,  
Hünərdir hər eybi bəyənsə sultan. 
 
Şer 
 
Gecən gün hamamda ətirli bir gül,  
Yetişdi əlimə bir dost əlindən.  
Soruşdum müşksən, ya inki ənbər,  
Ki, belə məst oldum sənin iyindən?  
Dedi ki, yararsız bir palçıq idim,  
Bir müddət gül ilə etdim nişimən.  
Mənə dost kamalı eyləmiş təsir,  
Yoxsa ki, yararsız haman giləm mən! 
 
Allah  Şiraz torpağını adil hökmdarların gücü və  işgüzar 
alimlərin himmətilə dünya durduqca əmin–amanlıqda saxlasın. 
 
Yəqin bu Pars mülkunə toxunmaz afəti–dövran,  
Ki, salmış başına sayə sənin tək sayeyi–yezdan.  
                                                                                                                            
сонунда изаһ едилмишдир. 
 


 
18
Tapa bilməz yəqin heç kəs gəzərsə cümlə dünyanı,  
Sənin dərgahi–alin tək ki, versin dərinə dərman.  
Özünsən arxası hər bir zavallı bəndənin daim,  
Görüm versin mükafatın sənin ol xaliqakeyhan.  
Bu xaki–Parsı sən saxla ilahi badi–afətdən,  
Nə qədri abü xak olsa cahanda baqi, cavidan. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin