Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə27/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   23   24   25   26   27   28   29   30   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
35 
əsasən  (1855)  İtirup  adasından  şimaldakı  bütün  adalar 
Rusiyanın  mülkü  e’lan  olundu.  1875-ci  il  müqaviləsi  ilə 
Kuril  adalarından  18-i  Yaponiyaya  verildi,  əvəzində 
Yaponiya  Saxalinin  tamamilə  Rusiyaya  keçməsini  tanıdı. 
1875-1945-ci  illərdə  Kuril  adalarını  Yaponiya  idarə 
etmişdir. Krım konfransının qərarı ilə (1945) Kuril adaları 
Sovet  İttifaqına  verildi.  Kuril  desant  əməliyyatı  (1945) 
nəticəsində  Sovet  Ordusu  Kuril  adalarını  Yaponiya 
qoşunlarından təmizlədi. San-Fransisko sülh  müqaviləsinə 
(1951)  əsasən  Yaponiya  Kuril  adalarına  olan  hüquq  və 
iddialarından  əl  çəkdi.  Lakin  Yaponiyanın  millətçi 
dairələri  Kuril  adalarının  geri  qaytarılması  barədə 
iddialarında  tə’kid  edirlər»  (Bax:  ASE,  VI  cild,  Bakı, 
1982, səh.25). 
Buradan çıxarılan nəticə: SSRİ Kuril adalarını işğal 
etmişdir. Ermənistanın Dağlıq Qarabağı və üstəlik daha bir 
neçə  rayonumuzu  işğal  etdiyi  kimi.  Belə  olan  halda 
Yaponiyanın  «millətçi  dairələri»  nə  etməlidirlər?  Heç 
olmasa  1875-1945-ci  illərdə,  yuxarıda  yazıldığı  kimi 
«Kuril  adalarını  Yaponiya  idarə  etmişdir».  Bəs  ermənilər 
haçan  Qarabağ  torpağını  idarə  etmişlər?  Dünyaya 
«haqsızlıq dünyası» desək səhv etmərik. 
Yaponiya  tarixi  haqqında  maraqlı  mə’lumatlar 
kitabı  olan  «Yaponlar  (etnopsixoloji  oçerklər)»  kitabında 
isə  bu  qədim  ölkə  barədə  oxuyuruq:  «Yaponların 
etnogenezi məsələsi hal-hazırda da  mübahisələr doğurur... 
Bizim 
(yə’ni 
rusların 
– 
Ş.F.) 
yaponşünaslığında 
Yaponiyanın  ən  qədim  tayfasının  aynlar  olduğu 
göstərilmişdir.  Xokkaydo  adasına  Asiya  qit’əsinin  şərq 
sahillərindən  gələn  adamlar  aynlarla  qaynayıb  qarışmış, 
buraya  gələn  qəbilələrdə  mədəni  inkişaf  prosesi  eramızın 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin