Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə26/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   22   23   24   25   26   27   28   29   ...   166
Şahin Fazil 
 
 
34 
gölü  ətrafında  SSRİ  ərazisinə  soxuldu...  1939-cu  ildə 
Monqolustan  sərhədini  keçərək  Xalxin-Qol  ətrafını  işğal 
etdi...  1941-ci  ildə...  Sakit  okeandakı  ABŞ  və  İngiltərə 
hərbi  bazalarına  hücum  etdi,  6  ay  ərzində  Filippin,  Hind-
Çin, Tayland, Birma, Malayya və İndoneziyanı işğal etdi... 
ABŞ,  İngiltərə  və  Çin  arasında  imzalan  Potslam 
bəyannaməsində  (1945,  26  iyul)  Yaponiyanın  sözsüz 
təslim olması tələbi irəli sürüldü. Yaponiya bu tələbi rədd 
etdi.  ABŞ...  1945-ci  ilin  avqustun  6-da  Xirosimaya,  9-da 
isə  Naqasakiyə  atom  bombası  atdı...  SSRİ  1945-ci  il 
avqustun  9-da  Yaponiyaya  qarşı  müharibəyə  başladı. 
Sovet  qoşunları  Mancuriya,  Şimali  Koreya,  Cənubi 
Saxalin  və  Kuril  adalarını  azad  etdi.  1945-ci  il  sentyabrın 
2-də  Yaponiya  danışıqsız  təslim  olmaq  haqqında  aktı 
imzaladı. 
Müharibədən  sonra  ABŞ  qoşunları  Yaponiyanı 
işğal  etdi...  San-Fransisko  sülh  müqaviləsi  (1951) 
Yaponiyanın SSRİ-yə qarşı torpaq iddiaları...». 
Bu 
mə’lumatlar 
ASE-nin 
«Yaponiya» 
adlı 
məqaləsindən  götürülüb.  Düz  30  il  bundan  qabaq 
yazılanlar.  Son  hissələr  sovetizm,  daha  dəqiq  desək 
ruspərəst mövqedən yazılmışdır. Məqalədə yazılıb: «Sovet 
qoşunları... Kuril adalarını azad etdi» (Bax: ASE, Bakı, V 
cild, 1981, səh.69-71). ASE-nin VI cildində isə oxuyuruq: 
Kuril  adaları.  Kamçatka  yarımadası  ilə  Hokkaydo  adası 
arasında adalar qrupu... 30-dan çox böyük, çoxlu kiçik ada 
və  qayalardan  ibarətdir.  Uzunluğu  təqr.  1200  km.  faydalı 
qazıntıları:  kükürd,  mis,  qızıl,  qalay...  Kuril  adaları 
haqqında  ilk  mə’lumatı  rus  səyyahı  V.V.Atlasov 
vermişdir.  18-19-cu  əsrin  əvvəllərində  buranı  başqa  rus 
səyyahları tədqiq etmişlər. Rusiya-Yaponiya müqaviləsinə 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin