Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə9/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   5   6   7   8   9   10   11   12   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
13 
nəzərə  alındı  və  Prezidentə  göndərildi.  Göndərildi,  amma 
gedib 
çatmadı. 
Görəsən, 
Yaponiya 
imperatoruna 
ünvanlanan  sənədi  yapon  mə’muru  ona  çatdırmamağa 
cür’ət  edərdimi?  Ax,  mə’murlar,  mə’murlar.  Əlbəttə, 
aranızda  yaxşı  mə’murlar  da  var.  Yaxşı  olun,  ey 
Azərbaycan mə’murları. Yaxşı olun, ey dünya mə’murları. 
Xeyirxah  olun,  ey  mə’murlar!  Sizin  yaxşılığınız 
vacibdir!  Əsas  sizsiniz.  Bizlər  nəçiyik  ki?  Olsa-olsa  bir 
doktor,  yaxud  professor.  Məgər  doğrudanmı  «Əməkdar 
elm  xadimləri»nin  hamısı,  təvazökarlıqdan  uzaq  olsa  da, 
deməliyəm,  mən  kimi  əməkdardırlar?  200-dən  çox  elmi 
məqalə, 26 kitab, o cümlədən 4 divan, 5 monoqrafiya, fars 
dilindən  və  osmanlı  türkcəsindən  3  tərcümə  əsəri,  10-dan 
çox  şe’r  kitabı.  Çap  olunmuş  kitab  və  məqalələrim  ən  azı 
1000 çap vərəqindən artıqdır. Əməkdar deyiləmmi? 
 
Qəzəl 
 
Mənə dərd verməyin, öz dərdi-sərim var mənim, 
Ürəyim birsə də, min bir qəhərim var mənim. 
 
Mən də Sabir sayağı əyriyə həmvar demərəm, 
Sözü kəskin deyirəmsə, kədərim var mənim. 
 
Bağiban, hər alağı rədd eləyirsən, əhsən, 
Əcnəbi hər sözə qarşı çəpərim var mənim. 
 
Boş xurafatla məni qorxuda bilməz zahid, 
Aləmin çox xəbərindən xəbərim var mənim. 
 
Fras-ərəb mə’xəzinin bir çoxu mə’lumdu mənə, 
Şahin Fazil 
 
 
14 
Nəzəri çox deyimə öz nəzərim var mənim. 
 
Var adam millətinə bircə bəhər bəxş etməz, 
On kitabım var isə on bəhərim var mənim. 
 
Qubamın tarixini vəcd ilə aldım qələmə, 
Hələ elm aləminə çox səfərim var mənim. 
 
Yazıram tarixini xalqımızın şövq ilə, 
Bu vətən mülkünə, Şahin, səmərim var mənim. 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin