Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə95/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   91   92   93   94   95   96   97   98   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
129 
Oteldəyəm.  Pəncərə  önündə  dayanıb  aya  baxıram. 
Ay  doğub.  Ay  yerə  baxır,  Bakıya  baxır,  Qubaya  baxır, 
Sendaya baxır. 
 
Görürəm,  
göydə ay 
hər gecə doğur, 
Kişisi yoxdursa  
ay necə doğur? 
(İkinci Divan, 
səh.575) 
 
Yaponiya  torpağındakı  bir  günüm  də  başa  çatdı. 
Vətənimi  xatırladım.  Qarabağı  andım.  Haqsız  yerə 
əlimizdən  çıxan  (çıxarılan)  Göyçə,  Zəngəzur,  Şuşa  və 
başqa  torpaqlarımız  gəldi  xatirimə.  Başımıza  neçin  bu 
bəlalar  gəldi?  Torpaqlar  niyə  getdi?  Yerlərimizin 
əksəriyyəti nə üçün yad əllərdədir? Qarabağın üstünü almş 
qara  bulud  haçan  dağılacaq?  Erməni  qara  buludu...  Bir 
şe’rimi xatırladım: 
 
Bu qara bulud 
 
Hay verin, qəlbimin hay-harayı var, 
Haçan dağılacaq bu qara bulud? 
Başımın üstündə bulud layı var, 
Haçan dağılacaq bu qara bulud? 
 
Şahin Fazil 
 
 
130 
Bu bulud ... Buludun zərəri varmış, 
Buludun nələri, nələri varmış... 
Yağış əvəzinə güllə yağarmış... 
Haçan dağılacaq bu qara bulud? 
 
Bu bulud... Cəfası çoxmuş buludun, 
Zülümü, cəzası çoxmuş buludun, 
Abırı, həyası yoxmuş buludun, 
Haçan dağılacaq bu qara bulud? 
 
Bürüyüb göyünü Xan Qarabağın, 
Neçə seyrəngahın, neçə oylağın, 
Dərənin, təpənin, meşənin, dağın... 
Haçan dağılacaq bu qara bulud? 
 
Əkilən torpağı biçinsiz qalıb, 
Biçilən torpağı əkinsiz qalıb, 
Mərmidən, qəlpədən min-min iz qalıb, 
Haçan dağılacaq bu qara bulud? 
 
Ələ tüfəng alıb oğulu, qızı, 
Tətik qan içində, atəş qırmızı... 
Buludun üstündə günəş qırmızı, 
Haçan dağılacaq bu qara bulud? 
 
Qərənfil də küsdü, lalə də küsdü, 
Daha gül açmayır daşımın üstü. 
Haçan dağılacaq başımın üstü? 
Haçan dağılacaq bu qara bulud? 
 
Bəyaz ümidlərim qaraldı axı, 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin