Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə96/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   92   93   94   95   96   97   98   99   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
131 
Gümanın üstünü qar aldı axı, 
Gözlərimin kökü saraldı axı,  
Haçan dağılacaq bu qara bulud? 
 
Ədalət gələcək nə zaman axı? 
Həqiqət güləcək nə zaman axı? 
Bulud çəkiləcək nə zaman axı? 
Haçan dağılacaq bu qara bulud? 
 
Bəlanın sayı yox, hesabı yoxmu? 
Əzab verənin öz əzabı yoxmu? 
Məgər bu sualın cavabı yoxmu: 
Hacan dağılacaq bu qara bulud? 
 
Bir zəli bənd edib əlini göyə, 
Qaynaqmı ediblər zəlini göyə? 
Canım, kim buraxıb dəlini göyə? 
Haçan dağılacaq bu qara bulud? 
 
Bu qoca fələyin cəbri nə çoxdu? 
Goru, məqbərəsi, qəbri nə çoxdu? 
Bu qara buludun səbri nə çoxdu? 
Haçan dağılacaq bu qara bulud? 
 
Bilirəm, haçansa haqq zəfər çalar, 
Amma, bu dərd itməz, bu kədər qalar... 
Göydə heç bulud da bu qədər qalar? 
Haçan dağılacaq bu qara bulud? 
Bu qara bulud. 
 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin