bağışlamaq üçün, ürək açmaq üçün gülümsünürlər, qocalar da, cavanlar da. Xüsusən kişilərlə danışan
qadınlar həddindən artıq nəzakət göstərirlər... Yaponiya
qızları və qadınları çox məlahətli, çox nəcibdir. Onların üz
quruluşundakı xüsusiyyətlərdən biri də odur ki, nəcib,
məlahətli baxışları onları uşaq kimi mə’sum göstərir, bu da
mənim xoşuma gəlirdi... buna görə də mən rastıma gələn
hər qadına, hər qıza diqqətlə baxırdım. Müşahidə edirdim
ki, onlara həddindən artıq diqqətlə baxanda dayanıb adama
yüngülcə tə’zim edirlər... bu yapon qadınlarına xas olan
Şahin Fazil
196
nəzakət qaydalarından biridir» (Həsən Seyidbəyli. Göst.
kitab, səh. 34-35).
Yapon qadını haqqında Lafkadio Xern adlı bir
müəllif XX əsrin əvvəllərində yazmışdır: «Yaponiyanın ən
gözəl estetik əsəri fil sümüyündən, bürüncdən, yaxud
keramikadan hazırlanmış mə’mulat yox, qılınclar yox, bu
ölkənin qadınlarıdır... şəxsi rə’yin boğulduğu, özünü
qurban verməyin isə ümumi vəzifə e’lan edildiyi,
şəxsiyyətin heç vaxt zahirdən deyil, daxildən inkişaf edə
bildiyi bir cəmiyyət – yalnız belə bir cəmiyyət bu cür
qadın yetişdirə bilərdi» (Lafkadio Xern. Yaponiya: təfsir
etmək cəhdi, Tokio, 1904; Bax: Sakura budağı, səh. 132).
Yapon qadınları haqqında «Sakura budağı»nın
müəllifi ümumiyyətlə çox mə’lumat vermişdir. Əsərinin
bir yerində isə belə yazır: «Qədim Çində üşaq vaxtından
qızların ayaqlarını bintlə möhkəm bağlayırdılar ki,
pəncələri böyüməsin. Orta əsrlərdə Avropada qadınlar
özlərinə könüllü surətdə korsetlə işgəncə verirdilər. Yapon
qadın isə nəinki təkcə belini, həm də sinəsini sıxır,
döşlərini herbarinin səhifələri arasında sıxılan çiçək
vəziyyətinə salır. Bu adət ona aparıb çıxarır ki, əgər Qərb
ölkələrində qadınlar sinələrini açırlarsa, yapon qadınları
arxadan boyunlarını açırlar. Hətta Amerika işğalı
Yaponiya torpağına striptiz gətirib lüt qadın bədənini alver
obyektinə çevirəndən sonra da yaponlar bir çox məsələdə
özlərinin əvvəlki təsəvvürlərinə və zövqlərinə sadiq
qalmışlar» (Sakura budağı, səh 131).
V.Ovçinnikov yapon qadınlarını çox yaxşı öyrənən
peşəkar bir jurnalist kimi sözünə belə davam edir:
«Onlar (yapon qadınları – Ş.F.) peysəri, daha dəqiq
desək, kürəyin boyunla birləşdiyi yeri qadın gözəlliyinin