Hörmətli professor Şahin Fərzəliyev
«Tarixi ənənələrin araşdırılması (dəqiqləşdirilməsi)
və postsovet ölkələrində yeni tədqiqat və təhsil meylləri»
adlı elmi-tədqiqat layihəmizdə bizimlə edəcəyiniz əmək-
daşlığa görə sizə minnətdarlığımızı bildiririk. Bu layihənin
Йапонийа сяфярнамяси
19
həyata keçirilməsində məqsədimiz Rusiya, Mərkəzi Asiya
ölkələri, Gürcüstan, Azərbaycan və Monqolustan da daxil
olmaqla, SSRİ-nin təsir dairəsində olmuş ölkələrdə tarix
və ənənəvi mədəniyyətə dair fikirlərdə yaranan son
dəyişiklikləri öyrənməkdir.
Elmi toplantımız 2009-cu il fevralın 21-də
Yaponiyanın, Senday, Tohoku Universiteti, Kawauchi
Elmi tədqiqat Forumu 4F, tərəfindən Kawauchi Campus-
da keçiriləcək.
Toplantıda bir saatlıq
mühazirə edəcəyinizi
gözləyirik. Təxmini proqramımız belədir:
I mühazirə: Prof. Kiknadze Vasha (Gürcüstan,
İ.Cavaxişvili adına Tarix və Etnologiya İnstitutu) (10:00-
11:00)
II mühazirə: Prof. Shahin Farzaliyev (Azərbaycan,
AMEA Tarix İnstitutu) (11:10-12:10)
Elmi mühazirələr (13:30-16:15)
Prof. Hiroki Oka (Tohoku Universiteti, Şimal-Şərqi
Asiya Tədqiqatlar Mərkəzi)
Prof. Seiichi Kitagava (Tohoku Universiteti,
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi)
Prof.
Takaşi
Kuroda
(Tohoku
Universiteti,
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi)
Prof. Hiroki Takakura (Tohoku Universiteti, Şimal-
şərqi Asiya Tədqiqatlar Mərkəzi)
Müzakirələr (15:45-17:00)
Aşağıda Yaponiyaya viza üçün tələb olunan
sənədləri göndəririk. Zəhmət olmasa konsulluğumuza
gəlib bu sənədləri nəzərə yetirməklə viza üçün ərizə verin.
Konsulluğun ünvanı belədir:
Yaponiyanın Azərbaycandakı səfirliyi
Şahin Fazil
20
Hyatt Tower III, 6
th
floor, Izmir str/ 1033? Az 1065,
Baku, Azerbaijan
Tel: (994-12) 4907818-19
Fax: (994-12) 4907818-20
Azərbaycandan Sendaya təyyarə bileti idə daxil
olmaqla bütün xərclər bizim hesabımıza ödəniləcək.
Ümidvarıq ki, sizinlə Sendayda görüşəcəyik. Əgər
hər hansı sualınız olsa Prof. Hiroki Oka ilə əlaqə saxlayın
(E-mail:
okah@cntas.tohoku.ac.jp
, Tel/fax. 81-220795-
6083)
19 dekabr 2008-ci il
Hörmətlə: CNEAS Tohoku universiteti, Prof.
Hiroki Oka
Bu məktubu aldıqdan sonra mən təklif olunan
mövzu üzrə Yaponiyada edəcəyim mühazirə haqqında
düşünməyə başladım. Demək, postsovet rejimi ölkələrində
mövcud olmuş tarixi ənənələr və oradakı tədqiqat və təhsil
metodlarının yenidən işlənməsi üzrə tədqiqatlar.
Özü də, əlbəttə, yeni tədqiqatlar. Mən bu mövzu
üzrə, İnstitutumuzun «Sovet dövrü» şö’bəsinin müdiri
tarix elmləri doktoru, professor Adil Məmmədov, habelə
tarix
üzrə
fəlsəfə
doktoru
İlqar
Niftəliyevlə
məsləhətləşdim (Azərbaycanın orta əsrlər tarixi ilə, əgər
daha konkret desəm XV-XVI əsrlərdə mövcud olmuş
dövlətlərimizin tarixi ilə məşğul olduğum üçünbu sahədə
mütəxəssis alimlərmizlə məsləhətləşmədən müasir tarix
üzrə elmi məqalə yazmaq və onu Yaponiya kimi bir
ölkədə alimlərin nəzərinə yetirmək, əlbəttə, mənə çətin
olardı). Belə bir mühazirə hazırlamağı qərara aldım: «XX
əsr Azərbaycan milli tarixşünaslığı: tarixi təcrübə və
|