(Bax: Divan, Bakı, 1996, səh.324) Son 1-2 ayda Azərbaycanda rüşvətxorluq və
korrupsiyaya qarşı yeni mübarizə dalğası coşub. Belə bir
mübarizə 2005-ci ildə də başlanmışdı, amma dövlət orqan
və idarələrində kütləvi hal alan «böyük» mübarizə dalğası,
bir-iki «kiçik» faktı çıxmaq şərti ilə, rüşvətxorları aparıb
Xəzər dənizinə tökmədi. Üçüncü dalğanı gözləyirik.
Beləliklə,
əsas
mətləbə
keçirəm.
Beləliklə,
Yaponiya səfəri, Yaponiya səfərnaməsi, Yaponiya
səfərnamə şe’rləri.
2008-ci ilin dekabr ayının 15-i idi. Bakı Dövlət
Universiteti Şərqşünaslıq fakültəsinin professoru Mirzə
Rəhimov mənə zəng vurdu:
- Necəsən?
- Yaxşıyam.
- Yaponiyaya getmək istərdinmi?
Duruxdum:
- Haraya?
- Yaponiyaya!
- Zarafat edirsənmi?
- Qətiyyən.
- Əlbəttə, getmək istərdim. Kim istəməz ki?
- Sənə indi zəng edəcəklər. Yaponiyadan.
5-10 dəqiqədən sonra zəng. Doğrudan da
Yaponiyadan.
- Mən Şaiqəm. Mirzə müəllim Yaponiyanın
Tohoku Universitetinin də’vətinə sizin razılaşdığınızı
bildirdi.