Bu məktubun sonunda prof. Hiroki Oka məndən
cavab məktubu aldığını yazır, öz təşəkkürünü bildirir və
mənim ona cavabımı ingilis dilində olduğu kimi qeyd
edirdi:
«Siz bizə yazırsınız : «Hörmətli Prof. Hiroki Oka,
Səmimi təklifə görə təşəkkür edirəm.
Məktubunuzdan çox məmnun oldum. Mövzum
belədir: «XX əsr Azərbaycan tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət»
Mümkünsə, xülasəni bir qədər sonra göndərərəm.
Məlumat üçün mənimlə əlaqə saxlaya bilərsiniz.
Səmimi arzularla
Prof. Şahin Fərzəliyev».
Yapon professorlarından başqa, 10 və 18 yanvar
tarixlərində magistrant Şaiq Cəfərzadədən də iki xahiş
məktubu yetişdi. Şaiq məndən, əgər mümkün olarsa,
aşağıdakı kitabları özümlə onun üçün Yaponiyaya
gətirməyimi xahiş edirdi. 10 yanvar tarixli məktubda
aşağıdakı kitabların adları yazılmışdı:
- Stalinlə ixtilal xatirələri, Bakı, Elm nəşriyyatı,
1991;
- Azərbaycan Cümhuriyyəti;
- Çağdaş Azərbaycan tarixi;
- Əsrimizin Səyavuşu;
- İran türkləri;
- О пантуранизме.
Hörmətlə Şaiq Cəfərzadə
Şahin Fazil
28
Yanvarın 18-də gələn məktub isə özündə aşağıdakı
kitab adlarını ehtiva edirdi:
- «E’tidaliyyun» partiyasının tənqidi, Tehran (fars
dilində);
- Səadəti-bəşər, Ərdəbil (fars dilində);
- Acı bir həyat, Bakı.
- Şəkli-idarə haqqında iki baxış (Əhməd bəy
Salikovla birlikdə), Moskva;
- Bizə hansı hökumət yararlıdır? Bakı;
-Azərbaycan Cümhuriyyəti. Keyfiyyəti-təşəkkülü
və indiki vəziyyəti, İstanbul;
- Əsrimizin Səyavuşu, İstanbul;
- İstiqlal məfkurəsi və gənclik;
- Kafkasya Türkleri, İstanbul;
- Azərbaycan Misaki – Millisi;
- Millətçilik və bolşevizm;
-Qafqaz problemi ilə əlaqədar olaraq Panturanizm;
-Azərbaycan Cümhuriyyəti haqqında, Berlin (alman
dilində);
- Azərbaycan problemi, Berlin (alman dilində);
-Azərbaycanın hürriyyət savaşı, Varşava (polyak
dilində);
- Azərbaycanın Kültür Gelenekleri, Ankara;
- Çağdaş Azərbaycan Ədəbiyyatı;
- Çağdaş Azərbaycan tarixi;
- Azərbaycan şairi Nizami (Nizaminin 800 illik
yubileyi (1141-1941) münasibətilə), Ankara;
- Azərbaycan Cümhuriyyət tarixi, Bakı.
Hörmətlə Şaiq Cəfərzadə.