36
V əsrinədək davam etmişdir. VI-VII əsrlərdə Yaponiyaya
Koreya və Çindən də gələnlər olmuş, ayn əhalisinin bir
hissəsi gəlmələrə qarışmış, o əhalinin başqa hissəsi şimala
doğru sıxışdırılmışdır.
Hazırda Yaponiya etnik tərkibinə görə dünya
ölkələri arasında ən yekcins ölkə sayılır, belə ki, ölkə
əhalisinin 99 faizini yaponlar təşkil edir. Aynlar isə
olduqca azalmışdır, yalnız Xokkaydoda yaşayırlar və
onların sayı 20 min nəfərdən çox deyildir» (bax:
В.А.Пронников, И.Д.Ладанов. Японцы. Этнопсихоло-
гические очерки, Москва, 1996, стр.7-8).
Qeyd edim ki, mənim bacım Naibə kimya elmləri
doktoru, professordur. Bakı Dövlət Universitetinin Kimya
Fakültəsində Azərbaycan və ingilis dillərində mühazirələr
oxuyur, həm də bu Universitetin Şərqşünaslıq fakültəsində
Yapon ədəbiyyatı (xüsusi kurs), yapon kalliqrafiyası,
Yaponiya və Azərbaycan üzrə müqayisəli ədəbiyyat
(konfaratilistika)
fənnlərindən
dərs
deyir.
Mən
«Azərbaycan haykuları» kitabımı yazdığıma görə bacıma
minnətdaram. Məni yaponların bu janrını daha dərindən
öyrənməyə Naibə təşviq etdi. Fenomen Naibə!
1
500-dən
çox Azərbaycan haykusu
1
və vaka (tanka) yazdım,
haykularım haqqında BDU-nun mə’zunu, hazırda isə
Yaponiyanın Bakıdakı Səfirliyinin mütərcimi Rəşad