Йапонийа сяфярнамяси
41
Laylay, mənə bir laylay
Arabir sevincim həzzlə yanaşı,
Hərdən qəhər boğur bir anlıq məni.
Saçımdan qaradır qarlı dağ başı,
Deyəsən tərk edir cavanlıq məni.
Çoxu illərimin geridə qaldı,
Neçə aydan ötüb, ildən aşmışam.
Ömrün təzadımı, yoxsa nə haldı,
Yarım, qocalmışam uşaqlaşmışam.
Gəncliyim ilğıma, röyaya bənzər,
Cavanlıq gözümdən uzaq kimidir.
Uşaq var çoxbilmiş qocaya bənzər,
Qoca var küsəyən uşaq kimidir.
İnadkar olmuşam, dözəsən gərək,
Uşağa dönmüşəm mən qoca ikən.
Qəlbim kövrək olub cocuq qəlbitək,
Layla çal, bir layla istəyirəm mən.
Ey yar, uşağam sanki,
Laylay, mənə bir laylay.
Sinndən uzağam sanki,
Laylay, mənə bir laylay.
Laylay de nəvəm yatsın,
Laylay mənə həm çatsın,
Laylay məni yuxlatsın,
Laylay, mənə bir laylay.
Şahin Fazil
42
Laylay, naçaram yoxsa,
Laylay ki, zaram yoxsa.
Bax, ağlayaram yoxsa,
Laylay, mənə bir laylay.
Cənnətdi həyat mənli,
Ləzzətdi həyat sənli.
Nənni, mənə bir nənni,
Laylay, mənə bir laylay.
Dostları ilə paylaş: |