Axşamüstü şəhərə çıxıb Yaponiyada görüşəcəyim
alimlər üçün bə’zi suvenir-hədiyyələr aldım. Evə qayıdıb
aparacağım şeyləri səliqə-sahmana saldım.
Aparmaq üçün çoxlu kitab əldə etmişdim. Əvvəlki
iki divanımı və bu günlərdə çapdan çıxmış «Üçüncü
Divan»ımdan bir neçəsini də çamadana yerləşdirdim.
Mənim birinci «Divan» kitabım 1996-cı, «İkinci Divan»
2005-ci, «Üçüncü Divan» isə 2008-ci ildə çap
olunmuşdur. 3023 səhifədən ibarət üç divan. Çox əmək
sərf elədim bu divanlara:
Şe’rimi Qur’an oxuyub yazmışam, Rəmzimi irfan oxuyub yaxmışam. Yazmamışam «Divan»ı birdən-birə, Bir neçə «Divan» oxuyub yazmışam. Bircə gün ömrümdə hədər keçmədi, Şahina, hər an oxuyub yazmışam.