Mə’lum qəzəlimin son beytini qeyri-təvazökarlıq-
dan uzaq sanın. Ümumiyyətlə, yazmadığım gün yoxdur.
Əlimdə hər zaman tutdum qələm,Şahin, mən öldükdə, Görərlər seyr edən kəslər məzarımdan qələm qalxıb. (Üçüncü Divan, əh.77)
Gündüz, işlədiyim İnstituta da baş çəkmişdim. Elmi
işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi
Bəhramovun mənə verdiyi Qarabağa həsr olunmuş sidi də
çamadanıma qoyuldu. Ən başlıcası isə, məni Tokionun
Narita Beynəlxalq aeroportunda qarşılayacaq Şaiq
Cəfərzadə üçün əldə etdiyim və əsasən Azərbaycan Xalq
Cümhuriyyəti
tarixinə
aid
əsərləri
qablaşdırdım.
Məmmədəmin Rəsulzadənin demək olar ki, bütün
əsərlərini tapmışam Yaponiya ölkəsində magistrant olan
Şaiq üçün. Xatırladım ki, o, orada olacağım günlərdə
mənim tərcüməçim və müşayiətçim olacaq.
Ağır peşədir tərcüməçilik. İllərlə daşımışam bu
peşəni. Bir vaxt Əfqanıstanda yazmışdım ki:
Tərcüməçi – mənim peşəm! Yad diyarda neçə illər tərcüməçi işləmişəm. .