Elə ki, yumuram gözümü gecə Hansı bir qüvvəsə gözümü açır. Yatmağa qoymuram özümü gecə, Kim isə yuxumu götürüb qaçır. Gecə ilham pərim gülür üzümə, Gecə səhərəcən şe’r deyirəm. Qayıtmasın deyə yuxu gözümə, Hərdənbir qolumu çimdikləyirəm... Şahin Fazil
56
Bə’zən ürək deyir, bə’zən dil deyir, Arada sözlərin rəngi görünür. Səhər açılanda əlimdə şe’r, Balışda mürəkkəb rəngi görünür. Özümü yalandan öyə bilmərəm, Demirəm hər və’də sözüm çox olur. Özgə şe’rləri deyə bilmərəm. Mənim şe’rlərim gecə doğulur. Belə artırıram şe’r varımı, Azalmır bu varın istəyi canda. Bə’zən qaranlıqda yazdıqlarımı Oxuya bilmirəm sübh açılanda. Beləcə-beləcə çoxaldı şe’r, Beləcə-beləcə çoxaldı misra. Bə’zən bir gecədə beş-altı şe’r, Bə’zən bir gecədə beş-altı misra...