Tranzit zal dolub-boşalır, boşalıb-dolur. Saat 11.
Saat 12. Saat 13. Ürəyim çəkildi. Cavanlıq vaxtımda
vaxtın ötüşünə bir o qədər də məhəl qoymazdım. İndi isə,
qocayam. Yaş 70-i haqlayıb. Hövsələsiz olmuşam. Ürəyim
çəkildi.
Mənim «Mənim qocalığım» adlı şe’rim var.
Bədbindir. Hazırkı halıma münasibdir:
Йапонийа сяфярнамяси
51
Şahin Fazil
52
Gün-gündən qısalır həzzimin boyu, Qəmim uzandıqca möhnətim artır. Yığılır gözümə mirvari suyu, Yaşım çoxaldıqca sərvətim artır. Saçım gümüşlənir mənim get-gedə, Üzüm qızıl kimi saralmaqdadır. İstilik görmürəm daha heç nədə, Başımın üstünü qar almaqdadır. Rəngi solmaqdadır ömür gülümün Baba çuxasıtək, nənə donutək. Önünə çıxıram gözəl ölümün, Ölümü yar kimi qucum mən gərək. Kədərim dərdimlə həmahəng gedir, Çoxdan oxumuram gənclik himnimi. Sür’ətim azalır, işim ləng gedir, Hərdən axsayıram Teymurləng kimi. Yar bəyənməyirəm, yar atmayıram, Qələmim əlimdə yaraq əvəzi. Daha mən uşaq da yaratmayıram, Şe’r yaradıram uşaq əvəzi.