Йапонийа сяфярнамяси
65
Bəli, böyük rus şairi imkan tapmamışdı, albalı
ağacına – sakuraya şe’r yazmamışdı. Mən isə yazdım.
Əlbəttə imkan tapdım.
Şaiq gəldi. Şəhər necə də gözəldi. Hər tərəf tər-
təmiz. Adamlar olduqca mədəni, qədərincə nəzakətli.
Kafeyə baş vurduq. Buterbrodlar, kofe. Qatara
mindik. Gedəcəyimiz Senday şəhərinə 300 km. var.
Təxminən Bakıdan Lənkərana olan məsafə kimi. Hər ay
gedirəm Lənkərana. Dərs deyirəm Lənkəran Dövlət
Universitetində. Yarım ştatlı professoruyam oranın.
Neyləyim. Bir ştatlı iş yerinin aylıq maaşı ilə dolanmaq
olmur. Mən üç universitetdə işləyirəm. Elə alim
yoldaşlarım var ki, üç yox beş-altı yerdə dərs deyirlər.
Dözümlüyük. Dözürük. Dözməyib neyləyəcəyik ki? Təki,
hələlik rüşvətxorlar yaxşı yaşasınlar. «Rüşvət» anlayışı
yaradanın, atalar demişkən «atasına lənət!».
Yadıma hansı bir şairinsə təxminən bu misralardan
ibarət çoxdan oxuduğum kiçik bir şe’ri düşdü.
«Rüşvətxora
«rüşvət almaz» deməyin
heç vaxt,
Əllərini tutsalar
ayağıyla alacaq».
Yenə alacaq? Ayağıyla alacaq? Dədə vay, evimiz
yıxıldı ki!..
Görəsən Yaponiyada da rüşvət var?
Rüşvət qara bir rəng. Qapqara bir ləkə. Mövcud
olduğu hər ölkənin taleyinə vurulmuş əskiklik möhürü.
Şahin Fazil
66
Məmləkət elmi ilən, alimi ilən tanınır,
Alimin paltarı gündən-günə nimdaş niyə?
Qara rəng qarə günün rəmzi sayılmışsa
əgər,
Sən qaragünlüdə, Şahin, ağarıb baş niyə?
Dostları ilə paylaş: