61
heç yanı tutmur, lütfən öz telefonunla cib kitabçama
yazılmış bu nömrəyə zəng et. K.Nanami nömrəni yığdı və
dərhal cavab gəldi: «Elə mən də professoru axtarıram».
Şaiqlə görüşüb Kohşonla xudahafizləşdim.
Şaiq Cəfərzadə. Tanışlıq. Yaraşıqlı bir gənc.
Zahirən bir qədər də yaponlara oxşayır. Bakı Dölət
Universitetinin Şərqşünaslıq fakültəsinin «Yapon dili və
ədəbiyyatı» şö’bəsini bitirib, hazırda isə Tohoku
Universitetinin magistrantıdır.
Aeroportu tərk etdik. «Şinkansen» adlanan qatara
əyləşib Tokio vağzalı istiqamətinə yollandıq. Elə-belə,
gəzinti xatirinə. Senday şəhərinə getməyimizə hələ
vaxtımız vardı. Tokio ilə seyrçi tanışlıq: «Tokio-
Yaponiyanın güzgüsüdür. Bu ölkənin bütün üstünlükləri,
təzadları və xroniki yaraları burada cəmlənmişdir».
«Yaponlar»
kitabının
müəllifləri
V.Pronnikov
ilə
İ.D.Ladanov belə yazırlar (Bax: «Yaponlar», səh.71).
Mən ki, hələlik Tokionun üstünlüklərini görürəm.
Tokionun təzadlarını və xroniki yaralarını görmək üçünsə
burada yaşamaq lazımdır: Bir gün, bir ay, bir il? Yox,
kifayət etməz. Tokioda illərlə yaşamaq lazımdır!
Mənimsə, bundan ötrü nə vaxtım, nə də imkanım var. Hər
halda, yaşamalı şəhərdir!... Şaiq mənə gül açmış bir ağac
göstərdi:
- Sakuradır.
Şəkillərdə, rəsmlərdə çox görmüşdüm. Sakura.
Gilas ağacı. Yapon gilası. Ağacın çəhrayı çiçəkləri. Nə
qədər gözəl!.. Amma, nəzərə almaq lazımdır ki, bahar hələ
gəlməyib. Başqa ağaclar lüm-lütdür. Sakura isə çiçəkləyib.
«Yaponiyanın qəlbini başa düşməkdən ötrü ona
baharda, albalı çiçəyində baxmaq lazımdır, çünki
Şahin Fazil
62
sakuranın ləçəkləri yapon milli xarakterinin poetik, obrazlı
şəkildə təcəssümüdür» - belə yazır Yaponiyada 6 il
yaşamış rus jurnalisti Vsevolod Ovçinnikov «Sakura
budağı» adlandırdığı kitabında. «Xalq poeziyası özünün
lirik qəhrəmanını, həyatı sevməklə bərabər özünü qurban
verməyə hazır olduğunu Yaponiya baharının çiçəklərində
görür. Yapon jurnallarında tez-tez yazılır ki, sakura «sönən
simvoldur», mexanizm sivilizasiyası boğanağında nəinki
təkcə albalı ağacları quruyur, üstəlik bu ağacların
çiçəklənməsindən vaxtilə canlanan insan duyğuları da
solur» (Bax: Vsevolod Ovçinnikov. Sakura ağacı, Bakı,
Gənclik, 1981, səh.198).
Sakura ağacı V.Mayakovskinin də diqqətini özünə
cəlb etmişdi. Bir şe’rində epiqraf tə’siri bağışlayan və :
«Yaponiyanın albalı ağaclarına, Barəsində yazmağa imkan tapmadığım hər nə var isə, ona - »
yazan şair sakura ağacına şe’r yazmadığına görə özünü bu
ağaca borclu saymışdır (Bax: V.Ovçinnikov. Sakura ağacı,
səh.256). Diqqət yetirdinizmi? Ağaca borcluluq. Yalnız
şair ağaca borclu ola bilər. V.Mayakovski kimi.
İndi isə, görək yazıçı nə yazır: «...Bahar yapon
adalarına çayların buz buxovlarının parçalanması və
daşqın sularının düzənləri intəhasız dənizlərə çevirməsi
kimi təbii fəlakətlər gətirmir (son illərdə bizdə Kür çayının
gətirdiyi fəlakətlər kimi – Ş.F.). Təbiətin çoxdan
gözlənilən dirçəlişi burada albalı ağaclarının qəflətən və