Sübh tezdən oteldə yazdığım qəzəl. Sübh yeməyi. Tohoku Universiteti. Simal – Şərqin Asiya Tədqiqatları Mərkəzinin direktoru Masahişa Seqava. Mərkəzin bəzi institutları ilə tanışlıq. Elektron cihazlarla təchiz olunmuş zəngin kitabxa- na. Dəqiq Elimlər İnstitutunun yemək- xanası. ( Menyuda əsasən xərçənglər, il- bizlər, qurbağalar, meyqular və çiy balıq- lar). Otelə dönüş. Axşam “ Hind restora- nı”nda ziyafət. Gecə yarısından sabahkı Elmi Formda oxuyacağım “ XX əsr Azərbaycan milli tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət” adlı məruzə- min yapon dilinə tərcüməsi üzərindən Şaiqlə iş. Sonra yeni bir şeirm-“ Gündo- ğar ölkə” .
Sübh tezdən pəncərədən boylandım. Hər yan
ağappaqdı. Gecə qar yağmışdı. Dünən elə bil burada yaz
havası vardı. Buralara qar gözlənilmədən gəlir. Elə indi də
yağır və sakura çiçəkləri kimi yerə ələnir. Bir qəzəl
yazmaq istədim. Yazdım da. Əsas istəməkdi. Yazmağa nə
var ki?
Qəzəl
Az qalıbdır, məni qəhr ilə qəhər öldürəcək, Hələ dərd üzməsə də canı, kədər öldürəcək.