75
«Milli yapon poeziyası VII əsrdə yaranan «vaka»,
yaxud «tanka» (beşlik) və XVI yüzillikdə vakanı tam
üstələyən «hayku», yaxud «hokku», ya da «haykay»
(üçlük) şe’rləri ilə zəngindir. Son illərdə bir neçə xarici
ölkədə, o cümlədən Azərbaycanda da yapon şe’rinə maraq
çoxalmış, nəticədə hayku poeziya nümunələri qələmə
alınmışdır.
Hayku öz qısalığı və özünəməxsus poetikliyi ilə
seçilən lirik şe’r növüdür.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmləri
doktoru, professor Şahin Fazil hayku yaradıcılığına 2004-
cü ildən başlamış və onun bir neçə haykusu Bakıda və
Tokioda Azərbaycan və yapon dillərində çap olunmuşdur.
Oxuculara təqdim olunan «Azərbaycan haykuları»
yapon hayku janrı tərzində Azərbaycanda yazılan ilk
kitabdır.
Şahin Fazil hazırda haykudan əvvəlki yapon
poeziya janrı olan və «vaka» adlanan «Azərbaycan
vakaları» adlı kitab üzərində işləyir» (Bax: Azərbaycan
haykuları, Bakı, 2007, səh. 372-373).
Cənab M.Seqava prof. V.Kiknadzeyə də müxtəlif
suallar verirdi. Onların aralarında gedən söhbət Şaiqin
köməyi olmadan ingilis dilində gedirdi.
Sözün tam mə’nasında «kəllə» adamdır bu
kəlləşünas professor. Eşq olsun belə alimlərə! Axşam bu
günün təəssüratı ilə «eşq olsun» rədifli belə bir qəzəl
yazdım, «mizbanlara eşq olsun» dedim:
Elm üzrə yaponlarda tüğyanlara eşq olsun, İmkan eləyib gördüm, imkanlara eşq olsun. Şahin Fazil
76
Tüğyan belə tüğyansa, dövran belə dövransa, Hicran belə hicransa hicranlara eşq olsun. Eşq əhlinə fürsət var, elm əhlinə diqqət var, Loğmanlara qiymət var, loğmanlara eşq olsun. Söhbətləri həlva tək, hörmətləri dərya tək, Oka və Seqava tək insanlara eşq olsun. Nərgizdi, nilufərdir, reyhandı, sənubərdir, Güllər təzədir, tərdir, bağbanlara eşq olsun. Rəhm olsa gər insanda, qan axmasa meydanda, Can çıxmasa meydanda meydanlara eşq olsun. Bir gündə uçub gəldim, şahin quşuna mən tay, Senday nə gözəl Senday! Mizbanlara eşq olsun.