Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə55/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   51   52   53   54   55   56   57   58   ...   166
Senday, 20 fevral 
 
Sübh  yeməyimi  otelin  I  mərtəbəsindəki  kafedə 
yedim.  Burada  yeməyə  ilan-qurbağa  verilmir,  avropa 
qəlyanaltıları  (pendir,  sosiska,  kolbasa...)  təklif  olunur, 
kotlet, qovurulmuş ət, yanında da makaron, vermişel, düyü 
gətirilir. Axı, oteldə qalanların əksəriyyəti əcnəbilərdir. 
Bir  saatdan  sonra  Vaja  Kiknadze,  Şaiq  və  mən 
Tohoku  Universitetinə  yollandıq.  Universitetin  tutduğu 
Şahin Fazil 
 
 
74 
sahə  böyükdür  və  orada  bir  neçə  böyük  və  kiçik  binalar 
var.  Əsas  binanın  qarşısında  bizi  Şimal-Şərqi  Asiya 
Tədqiqatları  Mərkəzinin  müavini  prof.  Oka  qarşıladı. 
Liftlə  III  mərtəbəyə  qalxdıq.  Mərkəzin  direktoru  prof. 
Masahisa  Seqavanın  kabineti.  O,  bizi,  əlbəttə,  yaponlara 
xas  yüksək  ehtiram  və  nəzakətlə  qarşıladı.  İxtisasca 
antropoloq  (loru  dil  ilə  desək  kəlləşünas)  olan  cənab 
Seqava  əksər  yaponlar  kimi  eynəklidir,  mehribandır, 
üzügülərdir. 
Yaşıl  çay  gətirdilər.  Mən  yaşıl  çayı  ilk  dəfə 
Əfqanıstanda,  sonrasa  Özbəkistan  və  Tacikistanda 
içmişəm. Bakıda isə yaşıl çaya meyl azdır. 
Cənab  Seqava  məşğul  olduğum  elm  sahəsi  ilə 
maraqlandı.  Əfqanıstandakı  fəaliyyətimlə  bağlı  suallar 
verdi.  Haqqımda  mə’lumatının  olduğunu  başa  düşdüm. 
Yazdığım «Azərbaycan haykuları» ilə maraqlandı. Kitabın 
bir  nüsxəsini  ona  təqdim  etdim.  Üz  qabığında  Qız 
qalasının  və  bir  neçə  qatlı  ən’ənəvi  yapon  evinin  şəkli 
verilmiş,  bir  haykumun  yaponca  tərcüməsi  də  əks 
olunmuşdu: 
 
«Mənim sevgim 
Sənin sevgindən zəifmiş, 
Ölə bilməyir». 
 
Oxuyub gülümsündü, sonra kitaba səhifə-səhifə göz 
yetirib  374-cü  səhifəni  açdı,  yapon  dilində  yazılan 
«rezyume»ni  oxudu.  Kitabın  sonunda  6  dildə  – 
Azərbaycan, yapon, rus, ingilis, fransız və alman dillərində 
aşağıdakı mə’lumat verilmişdir: 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin