Sonra, cənab Masahisa Seqavanın tapşırığı ilə prof.
Hiroki Oka bizi Mərkəzin bə’zi institutları ilə tanış etdi.
Sonrasa, kitabxana. Elektron cihazlarla təchiz olunmuş və
müasir tələblərə cavab verən zəngin bir kitabxana. «Xarici
ədəbiyyat» zalına gəldik. Müxtəlif dilli, rəngarəng çeşidli
kitablar səliqə-sahmanla rəflərə düzülmüşdü. Azərbaycan
dilində də bə’zi kitabları gördüm: Cəmil Həsənli «SSRİ-
İran (1941-1945)» kitabı. Dəyərli kitabdır. Oxumuşam.