Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə60/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   56   57   58   59   60   61   62   63   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
79 
lər.  Mizimizdən  uzaq  olsa  da,  bir-birindən  bir  qədər 
aralanmış  iki  zoğalı  rəngli  zərxara  pərdə  arxasında  bir 
hindli qadını gördüm. Çörək kündələyirdi... 
Menyuya  göz  gəzdirdim. O çörəyin adı «Qəndəhar 
nan»  («Nane-Qəndəhar»  -  «Qəndəhar  çörəyi»  yox,  məhz 
hind dilində «Qəndəhar nan») yazılmışdı. 
Qəndəharı  xatırladım.  Çox  olmuşam  o  şəhərdə. 
«Çehel  zinə»  yaxud  «Çehel  pillə»  adlanan  dağ  ətəyi 
yadımdadır.  Orada  Məhəmməd  peyğəmbərin  (s)  əbası 
saxlanılır  və  yerli  əfqanlar  həmin  əbanın  Qəndəharda 
olması  ilə  fəxr  edirdilər.  Görəsən,  indi  hardadır  o 
müqəddəs  əba?  Görəsən  hansı  talibançı  geyir  əyninə  o 
əbanı?  Pis  günə  qoydular  Əfqanıstanı.  Əvvəlcə  ruslar, 
sonra  isə  əfqan  talibançıları,  daha  sonra  isə  amerikalılar, 
ingilislər  və  başqa  əcnəbi  hərbiçiləri.  Hamı  göz  dikib 
Əfqanıstanın  sərvətinə,  varına.  Var  isə  yerin  altındadır. 
Uran,  mis,  qızıl,  qiymətli  daşlar,  neft,  qaz...  Daha  nə 
yoxdur  Əfqanıstanda?  Hər  şey  var.  Amma  özünün  deyil. 
Özündə  olsa  da,  özünün  deyil.  Kiçik  dövlətin  səpvəti  öz 
başının  bəlası  imiş.  Zavallı  Əfqanıstan.  Zəngin  balaca 
dövlət.  Böyük  dövlətlərin  hələ  XIX  əsrdən  tamah 
saldıqları məkan. 
Hind xörəklərindən xoşum  gəldi.  İlbiz-filan yoxdu. 
Sanki  Əfqanıstandaydım.  Mən  yəqin  ki,  daha  bir  də 
Əfqanıstanda  olmayacağam.  1988-ci  ildə  Əfqanıstana 
«əlvida»  dedim.  Heyf  zəhmətimizdən.  Heyf  «SSRİ» 
adlanan 
bir 
dövlətin 
bihudə 
yerə 
xərclədiyi 
milyardlarından.  Heyf  orada  öldürülənlərə.  Hər  şey  bada 
getdi.  Amma,  bərkidik.  Bərkidik  o  ölkədə  biz.  Oddan-
alovdan keçidik... Və bərkdən-boşdan çıxdıq, bərkidik. 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin