Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə64/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   60   61   62   63   64   65   66   67   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
85 
qalmış,  1991-ci  ildən  müstəqil  Azərbaycan  Respublikası 
e’lan olunmuşdur». 
XX  əsr  tarixinin  dövrlərə  bölünməsi  uzun  zaman 
Sov.  İKP-nin  siyasi  xətti  əsasında  həyata  keçirilmişdir. 
Lakin,  Azərbaycan  müstəqil  respublika  e’lan  olunduqdan 
bir  il  sonra  (1992,  may)  BDU  Tarix  fakültəsində 
«Azərbaycan  tarixinin  dövrləşməsi»  probleminə  həsr 
olunmuş  seminar  keçirildi,  alimlər  yeni  bölgülər  təklif 
etdilər.  Prof.  Yaqub  Mahmudov  tariximizi  4  dövrə,  prof. 
Süleyman Əliyarov isə onu 5 dövrə bölməyi təklif etdilər. 
Bu  mübahisəli  məsələ  xüsusunda  hələlik  ümumi  fikir 
yoxdur. 
Tədqiqatçılar 
(Z.Bünyadov, 
M.İsmayılov, 
S.Əliyarov, 
Y.Mahmudov, 
C.Həsənli, 
E.İsmayılov, 
X.Məmmədov,  A.İsgəndərov,  M.Qasımov,  K.Şükürov, 
İ.Musayev, 
F.İbrahimli, 
X.İbrahimli, 
A.Balayev, 
T.Qaffarov  və  s.)  problemin  öyrənilməsi  sahəsində 
mövcud  olan  nöqsanları  tənqid  edərək,  Azərbaycanın 
sovet  dövrü  tarixinin  «ağ  ləkələrdən»  təmizlənməsində 
məqsədyönlü  fəaliyyət  göstərmişlər.  Akademik  Ziya 
Bünyadov 
yazırdı: 
«Kommunist 
rejimi 
dövründə 
ölkəmizdə  tarix  elmi...  hər  kəsin  istədiyi  kimi  rəftar  edən 
əxlaqsız qadına çevrilmişdir. Yuxarıların ab-havasını tutub 
gedən  müttəfiq  və  muxtar  respublikaların  katibləri 
(respublika başçıları – Ş.F.) tarixi öz istədikləri kimi idarə 
edirdilər». 
Bu 
problemin 
tədqiqindəki 
çatışmazlıqların 
səbəblərini  təhlil  edən  prof.  Y.Mahmudov  belə  nəticəyə 
gəlmişdi:  «Tarixçilər  içərisində  torpağının,  el-obasının 
təşəbbüsünü  çəkən,  nurlu  ideyaları  olan  tədqiqatçılar  az 
olmamışdır.  Lakin  onlara  istənilən  səviyyədə  sərbəst 
işləmək  imkanı  verilməyib.  Onlar  sifarişlə  tarix  yazmağa 
Şahin Fazil 
 
 
86 
məcbur  ediliblər.  Bir  sıra  problemlərin  analizi  məsələsi 
sadəcə olaraq qadağan edilib, mədhiyyələr yazılmasına isə 
yaşıl işıq yandırılıb». 
Ədəbiyyat  sahəsində  də  eləcə.  Məşhur  şairlərimiz 
kolxozu,  sovxozu,  MTS-i,  beşillik  planların  «yerinə 
yetirilməsi»ni,  Lenin-Stalin  mövzularını  yazmaqla  orden 
qazanırdılar. 
Aşıqlarımız 
isə, 
Allah 
göstərməsin, 
sosializmi,  hətta  kommunizmi  şıdırğı  təbliğ  edir, 
əyinlərinə  Stalinin  geydiyi  dəbdə  yekə  cibli  hərbi  köynək 
keçirir,  qalife  şalvar  dəbində  şalvar  geyinir,  ayaqlarına 
sapoq  taxırdılar  (Elə  indi  də  belədir.  Məgər  inqilaba 
qədərki aşıqlar beləmi geyiniblər? Yaltaqlıq! Yaltaqlıqdan 
ötrü yamsılama «üsulu»). 
 
«Kommunizmin binaları tikilir, 
Düşmənlər baxdıqca bağrı sökülür...» 
 
Yaxud. 
 
«Yurdum başdan-başa gülüstan olur, 
Bu gözəl dövranın qədrini bilək» 
 
Yenə yaxud, 
 
«Kolxozçular başdan-başa 
Bürünüblər al qumaşa» 
 
yazan  şairlər  sanki  müharibədən  sonrakı  kasıbçılığı 
görmürdülər... 
Mənim 
mə’ruzəmdə 
sonra 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin