Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc


Partiyasının  rəhbərliyi  altında  fəaliyyət  göstərən  milli



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə67/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   63   64   65   66   67   68   69   70   ...   166

Partiyasının  rəhbərliyi  altında  fəaliyyət  göstərən  milli 


  Йапонийа сяфярнамяси 
 
 
89 
dövlətmiz  özünün  yeni  həyatını  yaşamağa  başladı, 
Azərbaycanda  tarixi  III  Respublika  quruldu,  prezident 
Əbülfəz  Elçibəyi  (Əliyevi)  prezident  Heydər  Əliyev  əvəz 
etdi.  Əlbəttə,  bu  sadəcə  bir  liderin  başqa  bir  lideri  əvəz 
etməsi deyildi. Bu Azərbaycanın müstəqilliyinin taleyüklü 
bir  vəziyyəti  idi.  Ə.Elçibəyin  görə  bilmədiyi  işi  H.Əliyev 
gördü,  hələ  süst  olan  müstəqillik  sür’ətlə  qüvvətlənməyə 
başladı,  iqtisadi  baxımdan  son  dərəcə  əhəmiyyətli  iri 
layihələr, ən başlıcası isə  Azərbaycan üçün  olduqca  vacib 
olan  Bakı-Tbilisi-Ceyhan  neft  kəməri  layihəsi  dünyanın 
güclü  dövlətləri  tərəfindən  dəstəkləndi,  imzalandı  və 
həyata  keçirilməyə  başladı,  Azərbaycanın  daxili  və  xarici 
siyasəti  genişləndi,  beynəlxalq  əlaqələr  sür’ətlə  artdı, 
ölkədəki  demokratik  islahatlar  yüksələn  xətt  üzrə  vüs’ət 
tapdı,  xalqın  maddi  vəziyyətinin  yüksəlişinə  doğru 
qətiyyətli addımlar atıldı. 
Budur  mənim  geniş  elmi  məqaləmin  qısa  icmalı. 
Amma sonda bunları da yazmağı unutmamışdım: 
Əsrin  son  onilliyində  Azərbaycanda  senzura  rejimi 
ləğv  olunmuş,  tədqiqatçılar  arxiv  fondlarından  geniş 
istifadə  etməyə  başlamışlar.  Son  illərdə  7  cildlik 
«Azərbaycan 
tarixi», 
«Azərbaycan 
Demokratik 
Respublikasının 
Ensiklopediyası», 
«Naxçıvan 
Ensiklopediyası»  adları  ilə  böyük  kitablar  çap  olunmuş, 
Azərbaycan  tarixinə  dair  dərs  vəsaitləri,  «Azərbaycan 
tarixi»  xəritələr  toplusu  işıq  üzü  görmüşdür.  Hal-hazırda 
da  Birinci  Respublikanın  –  Azərbaycan  Demokratik 
Respublikasının  tarixinə  olan  ümumi  maraq  sönməmişdir 
və  yeni-yeni  əsərlər  yaranmaqdadır.  Sovet  dövründə  isə, 
mə’lum  olduğu  kimi,  bu  mövzu  barədə  danışmaq  və 
yazmaq yasaq idi. 
Şahin Fazil 
 
 
90 
Sonda «Son söz»dən bir neçə cümlə: «Biz beləliklə, 
Azərbaycanın 
100 
illik 
böyük 
bir 
dövr 
milli 
tarixşünaslığına  qısa  bir  nəzər  saldıq.  Ümumiyyətlə,  hər 
hansı bir ölkə tarixinin obyektiv tədqiq olunması ölkədəki 
mövcud  dövlət  quruluşunun  hakimiyyətdə  olduğu  dövrdə 
gerçəkliyi  tam  düzgünlüklə  əks  etdirmir.  Obyektiv  tarixin 
yazılmasından  ötrü  baş  verən  hadisələrin  üzərindən  uzun 
illər  ötməli,  həqiqət  qorxmazlıqla  söylənilməli  və 
tarixşünaslar 
boş-boş 
tə’rif 
mövqeyindən 
uzaq 
olmalıdırlar.  Rus  diplomatı  və  tədqiqatçısı  V.F.Minorski 
yazırdı  ki,  o,  Ağrı  dağının  yanında  olarkən  həmin  dağın 
necə də yüksək olduğunu görə bilmədi, lakin dağı uzaqdan 
müşahidə etdikdə onun əzəməti diqqətini cəlb etdi. 
Bu 
günkü 
tam 
obyektiv 
tarixi 
gələcəkdə 
yazacaqlar!». 
Beləliklə, 
mən 
mühazirəmi 
yekunlaşdırıram. 
Demək,  XX  əsr  Azərbaycan  tarixşunaslığı.  Demək,  tarixi 
təcrübə  və  müasir  vəziyyət.  Zənnimcə,  tarixi  təcrübə 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin