Şaiqin mənə etdiyi dünənki təklifə görə bu gün
tarixi bir yerə getməliyik: Sendaydan təxminən 50-60 km.
aralıda yerləşən Matsuşima körfəzindəki şəhərə və
istirahət güşəsinə.
Qatara əyləşib yola düşdük. Seiçi Kitaqava və Vaja
Kiknadze də bizimləydilər.
Şahin Fazil
102
Ətrafı seyr edirəm. Əcəb təmiz təbiətdir. Yağış
yağmağa başladı. Ətraf daha da təzələndi. Sizə təəccüblü
gəlməsin, əziz oxucular. Palçıq yoxdur bu yerlərdə. Asfalt
qapqara, maşınlar tərtəmiz. Burada maşınları yumağa
ehtiyac yoxdur. Ayaqqabılar silinmir. Hər yandan təmizlik
yağır, təbiət göz oxşayır. Yol boyunca yanından
keçdiyimiz evlərə də göz yetirirəm. Evlərin damları. Sanki
bu damlar bu adamların əlləriylə çimdirilib, asfalt da,
ağaclar da yuyundurulub.
Baharın tezliklə yetişəcəyi duyulur. Bə’zi budaqlar
tumurcuqlayıblar. Həyətləri, hətta evlərin balkonlarını da
«Çin qızılgülü» adlandırılan güllər bəzəyir. Gülsevərdir
yaponlar. Yol boyunca həmişəyaşıl sərv, şam, küknar
ağacları. Mən Yaponiyanı dünyanın böyük bir güldanı
kimi təsəvvürümdə canlandırdım və bir bayatı yarandı:
Qoynunda şəlalə – min, Qucağında lalə – min. Yaponiya ölkəsi Güldanıymış aləmin.