Nə sünni, nə şiə?
Şahin Fazil
112
Nə sünni, nə şiə?
Əgər biz
müsəlman kişiləriksə
və bu kişilər
vahid islama şəriksə,
nə sünni, nə təsənnün?
nə şiə, nə təşəyyö?
Nə o, nə bu?
Nə onlar, nə bunlar?
Düşmənə lazım bu ayrılıq,
Yağıya gərək bu oyunlar.
Ayrılıq yaraşmaz islama,
Ayrılıq yaraşmaz kişiyə!
Nə sünni, nə şiə?
Ayrılıq bədlərin əməlidi.
İslamı
məzhəbə
ayıran
müsəlman
havalıdı, divanədi, dəlidi!
İslamın
dörd sütunu var,
Onlar
Ömərdi,
Əbubəkrdi,
Osmandı,
Əlidi!
Onlar peyğəmbərlərin səhabələridi.
Onların hər biri
islama dirəkdi,
Йапонийа сяфярнамяси
113
Onlara ehtiram gərəkdir!
Onlar
İslamı qorudular,
Onlar
Qu’ranı qorudular,
Onlar müsəlmanlığın
atəşi, odu, qorudular,
Onlar
müqəddəs dinimizi qorudular,
ayinimizi qorudular,
elə indi də qoruyurlar,
elə indi də durublar
keşiyə!
Ayrılıq yaraşmaz kişiyə!
Nə sünni, nə şiə?
(Üçüncü Divan,
səh.304-306)
Bəli, onlar uzun illər qan axıtdılar, öz qanlarını
axıtdılar, qara torpağı al qana boyadılar:
Qəzəl
Torpağın altı qızıl qanlara qəltan oldu,
Bu səbəbdənmi onun üstü gülüstan oldu?
Qırmızı gülləri gördükcə gözüm dincəldi,
Qırmızı qanlara baxdıqca gözüm qan oldu.
Əfqanıstan, Ərəbistan, Çesenistan qanlı...
Şahin Fazil
114
Həm də al qanına qərq Azəribaycan oldu.
Bu müsəlman arasında niyə yoxdur birlik?
Nə bəla gəldi müsəlmanə pərişan oldu?
Mirzə Sabir harada gördü müsəlman,
qorxdu,
Mirzə Şahin də onun timsalı peşman oldu.
Yandırın cismimi hindu kimi, ey yoldaşlar,
Sağ ikən Şahinə bəsdir ki, müsəlman oldu.
(Üçüncü Divan, səh.241-242)
Sünni də, şiə də namaz qılır, amma yenə də eyni cür
yox: biri əllərini aşağıya uzadır, digəri qatlayır.
Bir molla demiş Şahinə ki, «gündə namaz qıl»,
Vaxtım hanı, saqi məni hər an eləyir məst.
Dostları ilə paylaş: |