Ölülər ölü deyil Behiştdə diri varsa, Ölülər ölü deyil. Əl çalıb oynayarsa, Ölülər ölü deyil. Ey Məmmədquluzadə, Yaşamırmı dünyadə Ölü – düşərsə yadə? Ölülər ölü deyil. Eşq gölünü üzürsə, Cənnət bağın gəzirsə, Şahin Fazil
110
Cəhənnəmə dözürsə Ölülər ölü deyil. Bu məfhumda varmı sirr? Şəhadət eləyibdir, Allah özü deyibdir 1 , Ölülər ölü deyil. Şahin Fazil, hər nəfər Ölən kimi, dirilər. Diridir, ey dirilər, Ölülər ölü deyil. 13.08.2005 Üçüncü Divan, səh.645-646 Sintoizm, buddizm və konfutsizm haqqında görək
başqa mənbələr nə yazırlar: 1. Sintoizm – ibtidai təbiət
kultuna, nəsli və tayfa allahlarına inam və müxtəlif
sehrkarlıq adətləri əsasında meydana gəlmişdir (buddizmlə
yanaşı). Sinto-yaponca «Allahın yolu», yaxud «tə’limi»
deməkdir. Sintoizmə görə, insanın mənşəyi sonsuz sayda
ruhlardan, nüfuzlu allahlardan (kami) başlayır. Həmin
allahlar içərisində xüsusi yeri Günəş ilahəsi Amaterasu
tutur. Yeni eradan əvvəl 660-cı ildə «Yamato dövləti»nin
taxtına əyləşmiş əfsanəvi Yaponiya imperatoru Dzimmu
(Dzimmu - Tenno) birbaşa Amaterasunun nəslindəndir.