107
mövcuddur ki, hər ikisi geniş yayılmışdır. Hər iki dində
konfutsiçik tə’limi əsas yer tutur.
Mən indicə «iki din» ifadəsi işlətdim və hər iki
dində konfutsiçilik tə’liminin əsas yer tutduğunu qeyd
etdim. Yaponiya və yaponlar haqqında oxuduğum
kitabların böyük əksəriyyətində məhz iki dindən
sintoizmdən və buddizmdən danışılır. Bəkir Nəbiyev də
«Yaponiyada mövcud olan hər iki dinə (sintozim,
buddizm) məxsus irili-xırdalı onlarla bu cür mə’bəd şəhəri
üzük qaşı kimi dövrələmişdir» yazır (Bax: Bəkir Nəbiyev.
Göst. kitab, səh. 695). «Sakura budağı»nda yaponşünas
jurnalist V.Ovçinnikov da əsasən iki dindən danışmasına
baxmayaraq konfutsizmə əsərində «üçüncü din» kimi
baxmışdır. Onun kitabına nəzər yetiririk: «Yaponun
qəlbində üç din iz qoymuşdur. Sinto yaponları təbii
gözəlliyə həssaslıq, təmizkarlıq və allahdan törəmələri
haqqındakı
əfsanələr
vermişdir.
Buddizm
yapon
incəsənətinə
öz
fəlsəfəsini
əlavə
etmiş,
taleyin
kəşməkeşlərinə dözmək üçün xalqdakı fitri mətanəti
möhkəmləndirmişdir. Nəhayət, konfutsizm özü ilə belə bir
ideya gətirmişdir ki, mə’nəviyyatın əsası yaşlılara və
yuxarı rütbəlilərə minnətdarlıq kimi başa düşülən
sədaqətdir» (Bax: Sakura budağı, səh.23). Yapon dinləri
haqqında belə söz açmasına baxmayaraq, «Sakura
budağı»nda yenə də fəqət iki dindən təfərrüatla danışılır.
Oxuyuruq: «Mə’bədlərə aparan yolların özləri də
müxtəlifdir. Sinto mə’bədinə aparan yola həmişə çınqıl
tökülür ( mən bunu Zuyganji mə’bədində gördüm – Ş.F.),
adamın ayağı çınqıla batır. Ekskursiyaya gələnlər çox vaxt
təəccüblənirlər, məgər Meydz parkının xiyabanlarına asfalt
döşəmək olmaz? Lakin piyada üçün narahat olan bu yolun