Matsuşima şəhəri,
22 fevral
Qışda bahar. Sakura çiçəkləri, ərik gülləri, «Çin
qızılgülləri»...
Matsuşimadayıq. O qədər də böyük olmayan bir
şəhər. Sakit Okean suları Matsuşimanın ayaqlarını yalayır.
Məşhur yapon hayku janrlı şe’rin yaradıcılarından sayılan
M.Başo da olub Matsuşimada. M.Başo haqqında bir neçə
söz:
Йапонийа сяфярнамяси
103
Bir qədər yuxarıda hayku barədə qısa mə’lumat
vermişdim. Yapon haykularının mütaliəsi məni bu janra
olduqca həvəsləndirdi: qısa şe’rlərdə böyük mə’nalar. Və
bu mənaları hər oxucu özü bildiyi kimi qavrayır, dərk edir.
Müxtəlif ölkələrin Aleksey Andreyev, Mixail Sapeqo,
Anita Vircil, Böyükxan Pərviz, Elşad Səfərli kimi şair və
mütərcimləri də hayku yazmışlar. Mən də cəsarət edib
yazdım, nəticədə «Azərbaycan haykuları» adlı kitab
yarandı. Gözəl janrdır hayku. Azərbaycan haykusunun
tədqiqatçılarından Rəşad Quluzadə yazır: «Haykuda məni
cəlb edən, onun son dərəcə yığcamlığına baxmayaraq,
böyük poemaların, romanların deyə bilməyəcəyini
oxuculara çatdırmaq xüsusiyyətidir» (Bax: «Yapon dili və
mədəniyyəti
sahəsində
xarici
ölkə
tələbələrinin
tədqiqatları» jurnlaı, səh. 145).
Qayıdaq M.Başoya. Onun bir neçə haykusu:
«Gül pətəyindən arı
Asta-asta çıxır,
Ah, necə də həvəssiz».
«Qış günəşi.
Kölgəm mənim buzlayır
Atın belində».
«Şeh damcılayır
Dünyamızın çirkini
Yox etmək üçün».
«Bu ildə də yenidən
Meymunun maskası
Şahin Fazil
104
Meymundadır».
Mən
Matsuşimada
olarkən
eşitdim
sanki
M.Başonun bu yerdə əbədi qalan addım səslərini. Bir daha
yetişdi mənə onun hissləri, duyğuları, kədəri, sevinci. Başı
dolu haykuçu olub Başo.
Mənim «tənqidçi» adlanan, yaxud adlandırılan
qələm əhlinə münasibətim, nə gizlədim, yaxşı deyil.
Uydurulmuş yaradıcılıq peşəsidir. Məgər Nizami, Sə’di,
Hafiz, Füzuli dövründə tənqidçilər olublarmı? Zənnimcə,
tənqidçi nə şair, nə də yazıçı ola bilən ədəbiyyat
«həvəskarı»dır, o, «filan şair yaxşı, filan ortabab, filan
pisdir»
deyə
mühakimə
yürüdür,
onların
ədəbi
yaradıcılıqlarını onlardan zəif ola-ola təhlil edir, tə’rifləyir,
pisləyir. Əgər Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul
Rza kimi ordenli şairlər hayku yazsaydılar, tənqidçilər
onların
hayku
yaradıcılıqlarını
gen-bol
tə’rifləyər,
barələrində məqalə və monoqrafiyalar yazardılar. Bu gün
hansı tənqidçi Böyükxan Pərvizdən, Elşad Səfərlidən
hayku yazan şairlər kimi söz deyib? «Onlar nə yazacaqlar
ki?» deyə düşünən tənqidçi, şe’rlərini heç oxumadan bu
şairlərə və şəxsən mənə əhəmiyyət vermir. Vaxtilə
türkdilli ədəbiyyatda, mə’lumdur ki, qəzəl janrı da yox idi.
Qəzəli ərəblər (Xəlil ibn Əhməddən başlayaraq)
yaradıblar, amma artıq neçə əsrdir ki, qəzəl Azərbaycan
ədəbiyyatının doğma poetik janrı kimi özünə vətəndaşlıq
hüququ qazanmışdır. Yaxud, sovet janrı (ingilislərin?)
bizim mlli ədəbiyyatımızda yox idi. İnanıram ki, hayku da,
indi yox, bir neçə illərdən sonra ədəbiyyatımızda doğma
janr
sayılacaqdır.
M.Başonun
haykularına
diqqət
yetirdinizmi? Nə qədər lakonik və mə’nalı şe’rlər!..
|