99
Prof.
Seiçi
Kitaqava
(Tohoku
UNiversiteti,
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi).
Prof.
Takaşi
Kuroda
(Tohoku
UNiversiteti,
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi).
Prof. Hiroki Takakura (Tohoku Universiteti, Şimal-
Şərqi Asiya Tədqiqatlar Mərkəzi).
Forumun gündəliyindəki bütün çıxışlar dinlənildi,
müzakirə olundu. Takaşi Kurodanın mə’ruzəsi mənim
üçün çox maraqlı idi: «İranda Sovet Sosialist Respublikası
Gilan». Çıxışçıları «Hotel Leopalase Sendai» adlı böyük
bir restorana də’vət etdilər və şərəfimizə ziyafət verildi.
Yenə də ən’ənəvi yapon yeməkləri. Ofisiantın gətirdiyi
şorbada ən gözəl və yadda qalan keyfiyyət qaynadılmış
böyük bir balıqqulağının tən ortasındakı kiçik bir qurd
oldu. Yeyənlər kef etdilər. Həmin qurdu iki çubuqla
götürüb elə ləzzətlə yedilər ki...
Otelə qayıdırıq. Piyada. Senday şəhərinin mərkəzi
küçələrini bir daha maraqla seyr edirəm. Təmiz və saf
havalı şəhər. Hər yanda rəngarəng neon çıraqları. Hər
tərəfdə özünəxas yapon təmizkarlığı. Küçələrdə qədəm
basdığın asfalt o qədər təmizdir ki, buraya nə qədər qar,
yağış yağsa da tər-təmiz qalır, çünki asfaltın üstündə
palçıqdan əsər-əlamət görünmür. Mən artıq 3 gündür ki,
Senday şəhərindəyəm. Hələ bircə nəfər də polis gözümə
dəyməyib. Səbəbini Şaiqdən soruşuram:
- Polis niyə görünmür?
- Polis nəyə lazımdır ki? Bir ölkədə ki, qanunlar
işləyir, qaydalara əməl olunur, oğurluq və rüşvət halları
yoxdur, hər kəs nizam-intizamı göz bəbəyi kimi qoruyur,
polis nəyə lazımdır ki?
Şahin Fazil
100
Doğrudan da «polis nəyə lazımdır ki?». Əlbəttə,
Yaponiyada polis var, amma onları görə bilmirsən. Zərurət
olduqda onların özləri çağırış-filan gözləmədən peyda
olurlar. Şəhəri monitorlar tam nəzarət altında saxlayır.
Doğrudan da «polis nəyə lazımdır ki?». Qanun-qaydanı
gözləyən, xuliqanlığa yol verməyən, siqaret kötüklərini
hara gəldi tullamayan, küçə hərəkəti qaydalarını pozmayan
adamlar olan yerdə «polis nəyə lazımdır ki?». Mədəni
davranış, nəzakətli rəftar, qarşılıqlı ehtiram varsa «polis
nəyə lazımdır ki?». Yaxşı şe’r mövzusudur, deyilmi?
Bəlkə də hər yapon düşünür: «Mən polisi görməsəm də,
polis məni görür. Özümü lazımi səviyyədə aparmalıyam».
Əgər biz də belə düşünsək «polis nəyə lazımdır
ki?».