95
İnkişafındakı vüs’ət məni heyran elədi, Onları zəhmətə heyran, vəfadar gördüm. Şeyx Nizami babamız «Məxzənül-əsrar» yazdı, Bu gözəl mülkdə mən məxzənül-əsrar gördüm. «Mədəni» söyləmirəm hər adama, mən burada Mədəniyyət deyilən xisləti aşkar gördüm. Nə dilənçi gözə dəyməkdə, nə şair möhtac, Mən adamlarda həya seyr elədim, ar gördüm. Bağibandır elə bil burdakı hər bir insan, Bağı gülşən, dağı bağ, torpağı gülzar gördüm. Əyrilikdən uzaq olmuş bu yaponlar, Şahin, Mən yaponda şərəfi, düzlüyü me’yar gördüm. Senday, 21 fevral
Vallah-billah
yazdıqlarım
həqiqətdir.
Boş
tərifnamələr, yalançı şüarnamələr, bayağı mədhnamələr
(məsələn «Canlanır hər qarış yer Sumqayıtda...», «
Kolxozçular başdan-başa // Bürünüblər al qumaşa” kimi)
məndən tamamilə uzaq «namə»lərdir.
Şe’rimi yazıb pəncərəmin pərdəsini çəkdim və
Günəşlə görüşdüm (Eynən Yasif Nəsirli kimi). Yaxşı hava
əhvalımı yaxşı edir. Aprel ayının havası dəli olan küləkli
bir günündən sonrakı yaxşı havasından tə’sirlənib Bakıda
belə bir şe’r yazmışdım: