Azərbaycanda Dağlıq Qarabağ problemi ilə bağlı ziddiyyətlərin kəskinləşməsi tarixşünaslığın istiqamətini dəyişdirmiş, yeni yazılan kitab
və məqalələr içərisində Azərbaycanın milli maraqlarına
uyğun yazılar çoxluq təşkil etməyə başlamışdır.
1988-91-ci illər, yə’ni Azərbaycanda milli azadlıq hərəkatının başlanması və dövlət müstəqilliyinin bərpa edilməsi dövrü. Kommunist
rejimini əvvəlki dövrlərə nisbətən fərqli şəkildə müdafiə
edən
tarixçilərdən
Ə.Sumbatzadə,
P.Əzizbəyova,
D.Quliyev və digər alimlərin yazdıqları kitab və məqalələr
formaca əvvəlki illərdə yazdıqları əsərlərdən fərqlənsə də,
məzmunca eyni mahiyyət daşımışdır.
1980-ci illərin axırı – 90-cı illərin əvvəllərində
Azərbaycanda milli məsələ xüsusunda, müstəqillik barədə
Şahin Fazil
88
məqalələr yazılmağa başladı, «meydan hərəkatı» adlanan
ardıcıl mitinqlər təşkil edildi. Xalq qəsdən törədilməkdə
olan erməni fitnəkarlığına qarşı çıxır, KP-ni qətiyyətlə
tənqid edir, SSRİ-dən ayrılmağı tələb edirdi. Əhali dəhşətli
«Qara yanvar» hadisəsini - sovet ordusu tərəfindən ölkədə
törədilmiş cinayəti unuda bilməzdi. Dağlıq Qarabağ
problemi kəskinləşməkdəydi. Bu dövrdə bu problemlə
bağlı məqalələr çap olunmağa başladı. Akad. İ.Əliyev rus
və Azərbaycan dilində «Dağlıq Qarabağ. Tarix. Faktlar.
Hadisələr» kitabını yazdı. Bu problem Azərbaycanın
xaricində də əks-sədaya səbəb oldu və bir sıra obyektiv
kitablar yazıldı (Əhməd Təbrizli, O.Altştad, T.Svetoxovski
və b.). Azərbaycanda baş verən qanlı yanvar hadisəsi və
Dağlıq Qarabağ problemi sovet rejiminin tezliklə
dağılmasını gerçəkləşdirən səbəblərdən ən mühümləri
oldu.
Nəhayət məqaləmin XX əsrin son onilliyi hissəsi.
SSRİ-nin süqutu və müstəqil Azərbaycan Respublika- sının yaranması ilə yeni mərhələnin başlanması dövrü.
Məqalədə göstərilir: «Yeni tarixi şəraitdə sovet dövrünü
xarakterizə edən «Böyük Vətən» məfhumu altında yalnız
Azərbaycan tarixi başa düşülməyə və yazılmağa başladı.
ABŞ, Rusiya və başqa ölkələrdə elmi azərbaycanşünaslığa
meyl artdı».
Məqalədə göstərilir ki, əsrin son onilliyi Sovetlər
imperiyasının sonu və keçmiş Sovet Respublikalarının
müstəqil dövlətlərə çevrilməsi ilə xarakterizə olunur.
Olduqca gərgin bir dövr. Azərbaycanda müstəqil
respublika quruldu. 1991-92-ci illərdə Azərbaycan Xalq
Cəbhəsinin, 1993-cü ildən başlayarqsa Yeni Azərbaycan