Mən Şahin kişiyəm, quş deyiləm ki...
Moskva, Şeremetyevo-2, 18 fevral 2009 «Şahin kişi» olsam da, əgər mənə «şahin quşu» de-
sələr yanılmazlar. Axı, hey uçuram, təyyarədə hərdənbir,
amma fikir səmasında, şe’r asimanında daim uçuram.
Uçuşsuz günüm olmasın, İlahi. Hələ uçmalıyam, İlahi.
Hələ qanadlarımda (yadıma Bəkir müəllimin «Şahinin
qanadları» ifadəsi düşdü) qüvvət var, İlahi:
Necə
deyərlər,
insan
quş
kimidir.
Dünən
Bakıdaydım, bu gün Moskvadayam, sabah isə Tokioda
olacağam inşallah.
Sübh saat 8-dən qonmuşam bu hava limanının
tranzit zalına. Vaxt öldürən qatiləm. Ağır şeydir vaxt. Çox
ləng keçir. Hələ saat 10-dur. Hələ gör neçə saat burada
qalmalıyam...
Bir dəstə erməni idmançısına gözüm sataşdı.
Harayasa uçmaq üçün gəliblər. Gözüm azərbaycanlı gəzir.
Amma, gözüm axtardığını tapmadı. Ermənilərsə hır-hır
hırıldaşır, kələn-köntöy dillə nəsə danışır, gülüşürlər.
Hırıldayın, ey Qarabağımı işğal edən namərdlər, vaxt
gələr, biz də gülərik. Hazırda isə Qarabağım əldən gedib...
Şahin Fazil
50
Düşmənim gör neçə müddətdi bağımdan yapışıb, Çəmənimdən, düzənimdən, bulağımdan yapışıb. Topxana ormanının şövqü başından çıxmır, Palıdımdan, vələsimdən, qovağımdan yapışıb. Özünün nur saça bilmir deyə solğun çırağı, Qarabağ mülkü təkin çilçırağımdan yapışıb. Ağlın olsun, gəl odumdan, ocağımdan əl çək, Əlini yandıracaqsan ocağımdan yapışıb. Natəmiz vüs-vücudundan eli pak etməkçin Qovaram mən səni bir gün yarağımdan yapışıb. Sənə yalvarmayıram, əmr edirəm, getsə belə Mənə sən yalvaracaqsan ayağımdan yapışıb. Şahinəm, olsa lüzum, qaplana dönnəm bir gün, Məni gəl silkələmə sən budağımdan yapışıb.