Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə39/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   35   36   37   38   39   40   41   42   ...   166
(Üçüncü  Divan, 
səh. 485-486) 
 
 
Bəli,  bu  gün,  elə  burada  bu  tranzit  zalında 
yuxarıdakı şe’rimi yaratdım: «Rica» şe’rimi... 


  Йапонийа сяфярнамяси 
 
 
53 
Saat 14. Saat 15. Saat 16. İlahi, dözüm ver mənə. 
Hayku 
 
Ey vaxt, get, 
Ey vaxt, get, 
Ey yar gəl ki, vaxt getməsə gəlməzsən. 
(Üçüncü Divan, səh. 
1023) 
 
Saat  17.  Saat  18.  Görəsən  darıxmaqdan  ölmək 
olarmı?  Ölmərəm  ki?  Qərib  yerdə,  özü  də  tək,  tənha. 
Vaxtın  ləng  ötməsi  barədə  elə  bu  dəm  ləngimədən  bir 
başqa hayku yazdım: 
 
Hayku 
 
Dəqiqələrin 
Ayaqları ləng – 
Daş sallanıb onlardan. 
 
Nəhayət  olduqca  məlahətli  bir  qadın  səsi  eşitdim 
(mən  bu  saat  lap  şeytanın  da  səsini  «məlahətli  qadın 
səsinə»  bənzədərdim):  «Tokioya  uçan  SU-583-cü  reysin 
sərnişinlərinin 
qeydiyyatı 
18-ci 
çıxış 
yolunda 
başlanacaqdır». Sağ olun, ey qeydiyyatçılar, var olun. Tez 
qeyd  eləyin  bizi,  oturaq  təyyarəyə,  uçaq  Yaponiyaya. 
Amma, yamanca qar yağır. Cənubi Azərbaycan şairi Mirzə 
Əli Möcüz demişkən: 
 
«Görəsən göydəki ambardə qar var, ya yox?» 
 
Şahin Fazil 
 
 
54 
Yəqin ki çox qar var. Yağır ki, yağır... 
 
Təyyarənin  uçuşu  yarım  saatdan  da  çox  gecikdi. 
Nəhayət ki, təyyarədəyik. Nəhəng bir təyyarə. Olduqca iri 
bir  dəmir  quş.  «Dəmir  quş»un  içərisindəyik.  Mixaildən 
(bortprovodnik) soruşdum: 
-Bu nə təyyarədir belə? 
Cavab verdi: - Aerobusdur. 
Dedim: - Harada düzəldiblər? 
Dedi: - Fransada. 
Dedim: - Maşallah! 
 
Görəsən,  bir  də  haçansa,  aerobus  demirəm,  heç 
olmasa  bapbalaca  təyyarə  düzəldə  biləcəyikmi?  Yadıma 
böyük şairin kiçik bir şe’rinin bu misraları düşdü: 
 
«Özgələr qoy paravoz, ya gəmi icad eləsin, 
Biz verib pul, minərik, yol gedərik rahət ilə». 
 
Aerobus  nə  aerobus!  Həm  görünüşünə,  həm  də 
sərnişin tutumuna görə olduqca əzəmətli bir hava gəmisi. 
Yaponiyaya  uçarkən  belə  aerobus  Bəkir  müəllimin 
də  diqqətini  cəlb  edib:  «Səfərimiz  davam  edirdi.  Ertəsi 
gün,  Yaponiya  hava  xətləri  şirkətinə  məxsus  «Boinq  - 
743»  təyyarəsi  ilə  Sapporoya  yola  düşdük.  Təqribən  500 
sərnişin  tutan  üç  hissədən  ibarət  böyük  teatr  salonunu 
xatırladan  bu  təyyarədə  ilk  dəfə  uçmaq,  yol  boyu 
televiziya  ilə  göstərilən  filmlərə  baxmaq,  yaxud  qulaq 
radiosu ilə  gözəl yapon xalq  musiqisini  dinləmək, əlbəttə, 
maraqlı  idi.  Lakin,  bir  ildə  «Boinq»  markalı  Amerika 
təyyarələrinin  bir  neçə  dəfə  qəzaya  uğradığını,  çoxlu 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin