35
əsasən (1855) İtirup adasından şimaldakı bütün adalar
Rusiyanın mülkü e’lan olundu. 1875-ci il müqaviləsi ilə
Kuril adalarından 18-i Yaponiyaya verildi, əvəzində
Yaponiya Saxalinin tamamilə Rusiyaya keçməsini tanıdı.
1875-1945-ci illərdə Kuril adalarını Yaponiya idarə
etmişdir. Krım konfransının qərarı ilə (1945) Kuril adaları
Sovet İttifaqına verildi. Kuril desant əməliyyatı (1945)
nəticəsində Sovet Ordusu Kuril adalarını Yaponiya
qoşunlarından təmizlədi. San-Fransisko sülh müqaviləsinə
(1951) əsasən Yaponiya Kuril adalarına olan hüquq və
iddialarından əl çəkdi. Lakin Yaponiyanın millətçi
dairələri Kuril adalarının geri qaytarılması barədə
iddialarında tə’kid edirlər» (Bax: ASE, VI cild, Bakı,
1982, səh.25).
Buradan çıxarılan nəticə: SSRİ Kuril adalarını işğal
etmişdir. Ermənistanın Dağlıq Qarabağı və üstəlik daha bir
neçə rayonumuzu işğal etdiyi kimi. Belə olan halda
Yaponiyanın «millətçi dairələri» nə etməlidirlər? Heç
olmasa 1875-1945-ci illərdə, yuxarıda yazıldığı kimi
«Kuril adalarını Yaponiya idarə etmişdir». Bəs ermənilər
haçan Qarabağ torpağını idarə etmişlər? Dünyaya
«haqsızlıq dünyası» desək səhv etmərik.
Yaponiya tarixi haqqında maraqlı mə’lumatlar
kitabı olan «Yaponlar (etnopsixoloji oçerklər)» kitabında
isə bu qədim ölkə barədə oxuyuruq: «Yaponların
etnogenezi məsələsi hal-hazırda da mübahisələr doğurur...
Bizim
(yə’ni
rusların
–
Ş.F.)
yaponşünaslığında
Yaponiyanın ən qədim tayfasının aynlar olduğu
göstərilmişdir. Xokkaydo adasına Asiya qit’əsinin şərq
sahillərindən gələn adamlar aynlarla qaynayıb qarışmış,
buraya gələn qəbilələrdə mədəni inkişaf prosesi eramızın