31
müsbət cavab verdim və mövzumun eyni mövzu olacağını
bildirdim.
Bütün bu yazışmalar və kitab axtarışları vaxtı də-
fələrlə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində
və Yaponiyanın Bakıdakı səfirliyində oldum. Qarşıdakı
səfərimlə bağlı Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Konsulluq İdarəsi Yaponiyanın Bakıdakı
Səfirliyinə belə bir nota yazdı:
Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyi
№003/
NOTA
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
Konsulluq İdarəsi Yaponiyanın Bakıdakı Səfirliyi-nə öz
ehtiramını bildirir və aşağıda adı göstərilən şəxsə viza
rəsmiləşdirilməsini xahiş etməyi özünə şərəf bilir.
Soyadı, adı və atasının adı:
Fərzəliyev Şahin Fazil oğlu
Vizanın növü: giriş-çıxış
Səfərin tarixi və müddəti: 17 fevral 2009-cu il, 10 gün.
Səfərin məqsədi: Xidməti səfər.
Marşrut: Bakı-Moskva-Tokio-Moskva-Bakı.
Bütün xərcləri, o cümlədən tibbi xidmət xərclərini
(xəstəxanada müalicə və ya repatriasiya) də’vət edən tərəf
öz üzərinə götürür.
Xarici
İşlər
Nazirliyinin
Konsulluq
İdarəsi
fürsətdən
istifadə
edərək,
Yaponiyanın
Bakıdakı
Səfirliyinə öz böyük ehtiramını bir daha ifadə edir.
Bakı, 12 yanvar 2009-cu il
(möhür)
Şahin Fazil
32
Nəhayət hər şey hazırdır. Bakı-Moskva-Tokio-
Moskva-Bakı marşrutu ilə uçuş biletim əlimdədir.
Yaponiyalı həmkarlarımla yazışmalar vaxtı imkan
tapıb gedəcəyim əsrarəngiz Gündoğar ölkə haqqında
mə’lumat toplamaqdaydım. İlk olaraq Azərbaycan Sovet
Ensiklopediyasına müraciət etdim. Orada oxuyuram:
«YAPONİYA (Yaponca Nippon, Nihon) – Sakit
okeanın Şərqi Asiya sahilləri yaxınlığındakı adalarda
dövlət. Ərazisi şm.-ş.-dən c.q.-ə 3,5 min km. məsafədə
uzanan təqribən 4 min adadan (ən böyükləri: Hokkaydo,
Hönsü, Siköku və Küsü) ibarətdir. Sahəsi 372,2 min km
2
.,
əhalisi 115,8 mln. (1979). İnzibati cəhətdən 47
prefekturaya bölünür. Hokkaydo adası xüsusi inzibati
vilayətdir. Paytaxtı Tokio şəhəridir...
Ərazisinin məskunlaşması paleolit dövrünə aid
edilir. E.ə. təqr. 7500-300-cü illərdə burada neolit
mədəniyyəti təşəkkül tapmışdı. III əsrin ortalarında
Yamatay tayfa ittifaqı, III əsrin II yarısı – IV əsrin
ortalarında Yamato tayfa ittifaqı yarandı; bunların əsasında
tədricən yapon dövləti təşəkkül tapdı. V əsrin əvvəlindən
Çin heroqlifi işlənməyə başladı. V-IV əsrlərdə ibtidai icma
quruluşunun dağılması ilə, sinfi cəmiyyətlərin yaranması
sür’ətləndi. IV əsrin ortalarından buddizm yayıldı. VII
əsrin II yarısında mərkəzləşmiş erkən feodal dövləti
meydana gəldi. 1192-ci ildə syequnların (hərbi-feodal
hakimləri) hakimiyyətə keçmələri ilə hərbi feodal sistemi
yarandı. Syequnların dayağı olan hərbi-feodal təbəqəsinin
(busi) başında şəxsi vassallar (qokenin), nisbətən aşağıda
isə xırda hərbi zadəganlar – samuraylar dururdu. XIV-XVI
əsrlərdə orta feodal torpaq sahibliyindən iri knyazlıqlara
keçildi. XV-XVI əsrlərdə Yaponiyada fasiləsiz feodal