Uçuşun təxirə salınması ilə bağlı məlumat
verdiyinizə görə minnətdaram. Yaponiyaya bir gün qabaq
gələ bilərəm.
Səmimi arzularla
Şahin Fərzəliyev»
Professor da dərhal mənə yazdı:
«Hörmətli Prof. Şahin Fərzəliyev
Salam. Sizin üçün təzə bilet almışam. Onu bu
məktuba əlavə edirəm.
Sizdən bir söz soruşmaq istəyirəm. Sizə dediyim
kimi Bakıya qayıtmazdan qabaq fevralın 24-də sizinlə
daha bir mühazirə-görüş keçirmək niyyətindəyik. Müha-
zirənin mövzusu fevralın 21-də Tohoku Universitetində
oxuyacağınız mühazirə ilə eynidirmi: «Azərbaycanın XX
əsr tarixşünaslığı və müasir vəziyyət?». Yoxsa adını
dəyişib başqa bir mühazirə oxuyacaqsınız? Əgər belədirsə,
mühazirənin yeni adını göndərin.
Tezliklə sizdən cavab gözləyirəm.
Səmimi arzularla Takshi Kuroda
Tohoku universiteti»
Professor T.Kurodaya yazdığım cavabımda Tokio
Universitetində də mə’ruzə oxumağımla əlaqədar təklifə