34
gölü ətrafında SSRİ ərazisinə soxuldu... 1939-cu ildə
Monqolustan sərhədini keçərək Xalxin-Qol ətrafını işğal
etdi... 1941-ci ildə... Sakit okeandakı ABŞ və İngiltərə
hərbi bazalarına hücum etdi, 6 ay ərzində Filippin, Hind-
Çin, Tayland, Birma, Malayya və İndoneziyanı işğal etdi...
ABŞ, İngiltərə və Çin arasında imzalan Potslam
bəyannaməsində (1945, 26 iyul) Yaponiyanın sözsüz
təslim olması tələbi irəli sürüldü. Yaponiya bu tələbi rədd
etdi. ABŞ... 1945-ci ilin avqustun 6-da Xirosimaya, 9-da
isə Naqasakiyə atom bombası atdı... SSRİ 1945-ci il
avqustun 9-da Yaponiyaya qarşı müharibəyə başladı.
Sovet qoşunları Mancuriya, Şimali Koreya, Cənubi
Saxalin və Kuril adalarını azad etdi. 1945-ci il sentyabrın
2-də Yaponiya danışıqsız təslim olmaq haqqında aktı
imzaladı.
Müharibədən sonra ABŞ qoşunları Yaponiyanı
işğal etdi... San-Fransisko sülh müqaviləsi (1951)
Yaponiyanın SSRİ-yə qarşı torpaq iddiaları...».
Bu
mə’lumatlar
ASE-nin
«Yaponiya»
adlı
məqaləsindən götürülüb. Düz 30 il bundan qabaq
yazılanlar. Son hissələr sovetizm, daha dəqiq desək
ruspərəst mövqedən yazılmışdır. Məqalədə yazılıb: «Sovet
qoşunları... Kuril adalarını azad etdi» (Bax: ASE, Bakı, V
cild, 1981, səh.69-71). ASE-nin VI cildində isə oxuyuruq:
Kuril adaları. Kamçatka yarımadası ilə Hokkaydo adası
arasında adalar qrupu... 30-dan çox böyük, çoxlu kiçik ada
və qayalardan ibarətdir. Uzunluğu təqr. 1200 km. faydalı
qazıntıları: kükürd, mis, qızıl, qalay... Kuril adaları
haqqında ilk mə’lumatı rus səyyahı V.V.Atlasov
vermişdir. 18-19-cu əsrin əvvəllərində buranı başqa rus
səyyahları tədqiq etmişlər. Rusiya-Yaponiya müqaviləsinə