Йапонийа сяфярнамяси
13
nəzərə alındı və Prezidentə göndərildi. Göndərildi, amma
gedib
çatmadı.
Görəsən,
Yaponiya
imperatoruna
ünvanlanan sənədi yapon mə’muru ona çatdırmamağa
cür’ət edərdimi? Ax, mə’murlar, mə’murlar. Əlbəttə,
aranızda yaxşı mə’murlar da var. Yaxşı olun, ey
Azərbaycan mə’murları. Yaxşı olun, ey dünya mə’murları.
Xeyirxah olun, ey mə’murlar! Sizin yaxşılığınız
vacibdir! Əsas sizsiniz. Bizlər nəçiyik ki? Olsa-olsa bir
doktor, yaxud professor. Məgər doğrudanmı «Əməkdar
elm xadimləri»nin hamısı, təvazökarlıqdan uzaq olsa da,
deməliyəm, mən kimi əməkdardırlar? 200-dən çox elmi
məqalə, 26 kitab, o cümlədən 4 divan, 5 monoqrafiya, fars
dilindən və osmanlı türkcəsindən 3 tərcümə əsəri, 10-dan
çox şe’r kitabı. Çap olunmuş kitab və məqalələrim ən azı
1000 çap vərəqindən artıqdır. Əməkdar deyiləmmi?
Qəzəl
Mənə dərd verməyin, öz dərdi-sərim var mənim,
Ürəyim birsə də, min bir qəhərim var mənim.
Mən də Sabir sayağı əyriyə həmvar demərəm,
Sözü kəskin deyirəmsə, kədərim var mənim.
Bağiban, hər alağı rədd eləyirsən, əhsən,
Əcnəbi hər sözə qarşı çəpərim var mənim.
Boş xurafatla məni qorxuda bilməz zahid,
Aləmin çox xəbərindən xəbərim var mənim.
Fras-ərəb mə’xəzinin bir çoxu mə’lumdu mənə,
Şahin Fazil
14
Nəzəri çox deyimə öz nəzərim var mənim.
Var adam millətinə bircə bəhər bəxş etməz,
On kitabım var isə on bəhərim var mənim.
Qubamın tarixini vəcd ilə aldım qələmə,
Hələ elm aləminə çox səfərim var mənim.
Yazıram tarixini xalqımızın şövq ilə,
Bu vətən mülkünə, Şahin, səmərim var mənim.
Dostları ilə paylaş: |