11
Nəhayət, bu il vaxt tapdım. Yadıma akademik Bə-
kir Nəbiyevlə 2006-cı ildəki bir söhbətim düşdü. Dedi: -
İstirahətə gedirəm. Özümlə çox kitab aparmayacağam. İki
kitab isə mənə lazım olacaq: «İkinci Divan» və «Təz-
kireyi-Şahin». Geniş bir məqalə yazacağam.
Akademik həmin kitabları özüylə apardı istirahət
etdiyi yerə və rə’yini, daha doğrusu dolğun elmi məqalə-
sini yazdı. Yazdı və çap etdirdi («Elm» və «Kredo» qə-
zetləri, «Azərbaycan» jurnalı və akademikin 5 cildlik əsər-
lərinin 5-ci kitabı). Sağ olsun və’d verən və və’dinə əməl
edən şəxs, şəxsiyyət.
…Çox yazmışam, amma zəhmətimin layiqli qiymə-
tini hələ almayanlardanam. Qubalı şair Ramiz Qusarçaylı
kimi. İki sətirlik kiçik bir şe’rində böyük bir mənzərə
yaradan Ramizin poetik yaradıcılığından:
«Hər gül üstü bir arının iş yeri, Ləçəyində dodaq yeri, diş yeri».