5
Əfqanıstana köçürülmüş Azərbaycan türkləri (onlar
hazırda da Kabul yaxınlığındakı Təpə və Nanəkçi
kəndlərində yaşayırlar) «Abbas və Gülgəz», «Koroğlu»,
«Aşıq Qərib» və başqa dastanlarımızı keçən əsrin ikinci
yarısında, saz çala-çala bu günün Azərbaycan türk dilində
mənə danışarkən həssas bir insan kimi gözlərim
yaşarmışdı:
Çimirəm göz yaşım ilə, oluram pak, təmiz, Göz yaşım var isə dərya mənə lazımdırmı? (Şahin Fazil. Qəzəllər, Bakı, 1994, s.17) 1
Dünya qəribə dünyadır. Ona mütləq şəkildə pis, ya-
xud mütləq şəkildə yaxşı demək olmur. Dünya əfsanələr
və reallıqlar dünyasıdır. Əfqanıstan da dünyanın bir
parçası. Dünya gündüz-gecə öz oxu ətrafında fırlanır, eyni
zamanda ildə bir dəfə günəşin də başına dolanır. Mən də,
Qubadan çıxdım, Bakıda oxudum və günlərin bir gün
fırlanıb-dolanıb gəlib çatdım Əfqanıstana, dünyanın o
zamankı «əfsanələr və reallıqlar dünyasına»
Bir gözdə: qaranlıqdı fəqət, qəmdi bu dünya, Bir gözdə: şəfəq dalğalı aləmdi bu dünya. Bir gözdə: məşəqqət dolu, zillət dolu bir yer, Bir gözdə: təravətlidi, xürrəmdi bu dünya. Bir gözdə: bütün sirri olubdur açıq-aşkar,
6
Bir gözdə sehr mücrüsü, mübhəmdi bu dünya. Bir gözdə: bütün müşkülatın həllinə qadir, Bir gözdə: çətinlik dolu aləmdi bu dünya. Bir gözdə: həmi huriyə, həm qılmana malik, Bir gözdə: əziyyətdi, cəhənnəmdi bu dünya. Bir gözdə: qiyamət gününün dəhşəti parlar, Bir gözdə: poladdan dəxi möhkəmdi bu dünya. Bir gözdə: dönüb göz nuruna zülməti yarmış, Bir gözdə: donan göz yaşıtək nəmdi bu dünya. Fırlansa müdam, Şahinə sərsəm deyəcəklər, Fırlanmada gündüz-gecə, sərsəmdi bu dünya.