(Ramiz Qusarçaylı, Bir çiçək axşamı, Bakı, 2005, səh.94)
Gözəldir, deyilmi? O Quba şairi də bu qubalı kimi,
hələ zəhmətinin qiymətini görmək, əməyinin bəhərini
dərmək ümidindədir. Zavalı xəyalpərvər… Zavalı mən…
Keçən il 70 yaşım tamam oldu. İndi 72-nin içində-
yəm. Quba tarixində ilk böyük «Quba tarixi»ni yazdım
1
.
12
Kitab yayıldı, amma onun Qubada təqdimat mərasimi
keçirilmədi. 6 il bundan əvvəl mənim 65 yaşım oldu,
amma Qubada yenə qeyd olunmadı. Keçən ilə isə 70 yaş.
Qubanın yadına yenə də düşmədim. Heç Bakının da.
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru,
tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi
Yaqub Mahmudov AMEA Prezidentinə rəsmi məktub
göndərdi. Məktubda respublika rəhbərliyindən 70 yaşım
və elmi fəaliyyətimlə bağlı mənə «Əməkdar elm xadimi»
adının verilməsi tövsiyyə olunurdu. Məktub, insafən
AMEA Prezidenti akademik Mahmud Kərimov tərəfindən