Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə94/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   90   91   92   93   94   95   96   97   ...   166
22 fevral, Matsuşima 
Yaponiyaya  yollanma  ərəfəsində  mərhum  yazıçı, 
kinossenarist 
Həsən 
Seyidbəylinin 
qızı 
Məryəm 
Seyidbəyli  (bir  institutda  işləyirik)  məndən  yapon  milli 
paltarı  olan  kimano  gətirməyi  xahiş  etmişdi.  Matsuşima 
Şahin Fazil 
 
 
128 
mağazalarının neçəsində olduq. Kimano yox idi. Satıcı bir 
qız dedi  ki, elə paltarlar yay  mövsümündə satışa çıxarılır, 
amma adı kimano yox, yukatadır. 
Sendaya  qayıdırıq.  Qatar  bizi  gətirdiyi  yol  ilə  geri 
aparır.  Çatdıq.  Bir  neçə  mağazaya  dəydik.  Yukata  yoxdu. 
Dedilər ki, axtarmayın. Yayda olacaq. 
«Hotel  Com’s».  Şaiq  öz  otağına  getdi.  Mən  özüm 
də bir qədər istirahət etdim. 
Axşamüstü Şaiqlə birlikdə şəhər gəzintisinə çıxdıq. 
Otelimizin  lap  yaxınlığında,  uzunluğu  bəlkə  də  bir 
kilometr  olan  geniş  bir  ərazidə,  içərisində  ticarət 
mərkəzləri yerləşən və adı Şontenqay olan üstüörtülü, əgər 
belə  desək,  bazar  var.  Nə  istəsən  buradan  ala  bilərsən. 
Kimano isə yoxdu. 
«Mak-Donalds» 
kafe-restoranına 
gəldik, 
II 
mərtəbəyə  qalxdıq.  Ayrı-ayrı  kiçik  mizlərin  arxasında 
cavan  qızlar  oturmuşdular.  Kimi  kitab  oxuyur,  kimi  kafe 
içir, kimi dondurma yeyir, kimi də siqaret çəkirdi. Bir neçə 
oğlan  da  vardı.  Onlar  da  bu  qızlar  kimi  hərə  öz 
məşğuliyyətindəydi.  Heç  kimin  bir-biri  ilə  işi  yoxdu. 
Qarşımızdakı  bir  qızın  paltarının  ətəyi  dizlərindən  çox 
yuxarıda idi. 
- Bu niyə belə geyinib? 
Şaiq baxdı. Mənim kimi təəccüblənmədi. 
- Bu onun öz hüququdur. Özü bilər. 
Doğrudan da özü bilər. Mənə nə? 
Biz  «Mak-Donalds»ı  tərk  edəndə  gecə  yarı  idi. 
Gənclər gəlir-gedirdilər, kitab oxuyan və minidən də mini 
yubka geyinən iki qızdan başqa. Əlbəttə, mənə nə? 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin