131
Gümanın üstünü qar aldı axı, Gözlərimin kökü saraldı axı, Haçan dağılacaq bu qara bulud? Ədalət gələcək nə zaman axı? Həqiqət güləcək nə zaman axı? Bulud çəkiləcək nə zaman axı? Haçan dağılacaq bu qara bulud? Bəlanın sayı yox, hesabı yoxmu? Əzab verənin öz əzabı yoxmu? Məgər bu sualın cavabı yoxmu: Hacan dağılacaq bu qara bulud? Bir zəli bənd edib əlini göyə, Qaynaqmı ediblər zəlini göyə? Canım, kim buraxıb dəlini göyə? Haçan dağılacaq bu qara bulud? Bu qoca fələyin cəbri nə çoxdu? Goru, məqbərəsi, qəbri nə çoxdu? Bu qara buludun səbri nə çoxdu? Haçan dağılacaq bu qara bulud? Bilirəm, haçansa haqq zəfər çalar, Amma, bu dərd itməz, bu kədər qalar... Göydə heç bulud da bu qədər qalar? Haçan dağılacaq bu qara bulud? Bu qara bulud.