135
«Ölmək istəyirəm, Yerə tökülən gül ləçəkləri kimi ölmək istəyirəm. Çünki mən Yaponiyanın sakura gülüyəm».
Başqa bir kamikadze isə belə yazır:
«Mən göyə uçuram, Buludların zirvələrinə şığıyıram, Oradır mənim məzarım» .11
Kamikadze hərbi əməliyyata gedərkən sanki öz
dəfnində iştirak edirdi. Təyyarəyə minərkən o aerodromda
qalan
adamlara
deyirdi:
«Yasukini
mə’bədində
görüşənədək!».
Tokionun mərkəzi məhəllələrinin birində yerləşən
Yasukuni mə’bədində hər il fevralın 11-də imperator və
Yaponiya uğrunda ölənlərin şərəfinə təntənəli mərasimlar
keçirilir. 1945-ci ilə qədər o mərasimlər «kiqensetsu» -
«imperiyanın əsasının qoyulduğu gün» adlanırdı. Rəvayətə
görə e.ə. 660-cı ilin fevral ayının 11-də Yapon adaları
üzərində allahlar nəslindən olan imperator Dzimmu taxta
əyləşmişdir. İkinci Dünya müharibəsindən sonrakı iyirmi
ildə «kiqensetsu» mərasimi keçirilmədi. Sonra, 11 fevral
yapon təqvimində yenidən qırmızı rənglə yazılmağa başladı,
amma, mərasimin adı dəyişdirilərək «dövlət əsasının
qoyuluşu günü» adlandı. Hamı üçün istirahət günü e’lan
olunan 11 fevral günü, əvvəllərdə olduğu kimi, adamlar yenə
1
Haykuların rus dilindən tərcüməsi bu sətrlər müəllifindir.
Şahin Fazil
136
də Yasukuni mə’bədinə həlak olmuş hərbiçiləri yad etmək
üçün axışırlar. Onların bə’ziləri köhnə hərbi formada və
silahla gəlirlər. Mə’bədin qarşısında hərbi hissələr ritual marş
keçirir, tələbə və məktəblilər lal-dinməz halda sıraya
düzülürlər. Mə’bədin qapıları önündə ultra-sağçı adamlar
qara furqonlarda ... marşlar səsləndirirlər, kamikadzelərin
kölgələri cana gəlir («Yaponlar» kitabı, səh.173-176).
Görəsən biz azərbaycanlıların da kamikadzeləri
olacaqmı? Əgər belə davam edərsə, olacaq! Qocalığıma
baxmayın, elə biri mən özüm.
Kamikadze olmaq xəyalı ilə bu şe’ri yazdım:
Kamikadze
Torpağında Tarix boyu Savaş gedən Cəng olan, Kiçiklikdən böyüklüyə Yol gedib nəhəng olan, Gizli qalan Sirr ölkə, Çətinliyə sinə gərən Bir məkan, Çətinliyin üzərindən Mətinliklə adlayan, Çətinliklə adlayan Yaponiya adlanan Bir səltənət, məmləkət! Ey dininə, məzhəbinə E’tiqadla tapınan,