Йапонийа сяфярнамяси
137
E’timadla tapınan,
Ey atomun
Dağıdıcı zərbəsinə tuş gələn,
Külə dönüb küllənən,
Sonra
Köz tək alışan,
Atəş olub yüksələn
Hirosima, Naqasaki torpağı,
Necə dözdün o zərbəyə,
Necə çəkdin o dağı?
Yaponiya, ey nipponlar məskəni,
Nipponların indi yapon adlanır,
Nə fərqi var
nippon olsun, ya yapon,
Səndə nippon qanı coşur,
Nippon qanı adlanır,
Səndə günəş odu var,
Sən elə bir ölkəsən ki –
Gündoğar.
Sən günəşdən doğularaq
Damla-damla güc yığdın,
Zərrə-zərrə güc aldın,
Sən top kimi yerə dəyib
Sonra göyə ucaldın,
Heyran etdin günü də,
Mat elədin yeri də,
Daha böyük yüksəlişin
Qabaqda, irəlidə,
Bəd günlərin arxada,
Pis günlərin geridə.
Yaponiya,
Şahin Fazil
138
İnsanların fədakardır, igiddir,
Ürəkdən inanıram
Hər yapon bir kamikadze,
Hər yapon bir şəhiddir.
Yaponiya,
Mənim Odlar diyarımdan
uzaq diyar,
möcüzələr diyarı,
Təşəbbüslər, tərəqqilər,
nələr, nələr diyarı...
Zənn edirəm
sən kimiyəm,
mən də oddan doğuldum,
atəş oldum, qor oldum,
Amma, sonra
oba-oba parçalandım,
dağım-dağım dağıldım,
böyükkən
kiçik qaldım.
Dərdim böyükdür mənim,
Qurbanlıq quzu kimi
şaqqalanıb,
bölünübdür vətənim.
Yaponiya,
Göyçə kimi, Zəngəzur tək, Qarabağ tək
əldən çıxan yurda bax,
Torpağımı işğal edən
Canavara, qurda bax...
Əgər belə davam etsə,
Əgər gedərsə belə,
Şahin Fazil
Йапонийа сяфярнамяси
139
əvvəl- axır
kamikadze olacaq!
Senday, 22 fevral
Mən bu şe’rimi Yaponiyada yazmışam. Amma,
ondan 4 il əvvəl də mənim «Şair-kamikadze» adlı bir
şe’rim olmuşdur:
Şaircığazlara
qeyri şairlər tək
biganə deyil,
laqeyd deyiləm,
Kamikadzeyəm.
Günlərin bir günü
filankəsləri,
Şe’rdən bixəbər olan kəsləri
poeziya naminə bir yerə yığıb,
onların yağısı, qənimi çıxıb,
özümlə birlikdə o cahilləri
içimdə olan
qəzəb barıtına
kin odu vurub
öldürəcəyəm.
Başqa çarəm yoxdur,
nə kədər, nə qəm,
Kamikadzeyəm
... Şair-kamikadze olubmu görən?
1.06.2005
(Üçüncü Divan, səh.606)
Şahin Fazil
140
Йапонийа сяфярнамяси
141
VII. 23 fevral.
Vaja Kiknadze ilə vidalaşma ( gecə
İstanbula,
sonra
Tbilisiyə
uçacaq).
Tohoku
Universiteti.
Xanım
Savaye
Fumiko. Şəhərdə gəzinti. Yeni yaranan
şeirlərim.
Saat 10-a qalıb. Prof. Vaja Kiknadze otağıma gəlib
mənimə sağollaşdı. O, bu gün Tokioya getməli, sabah isə
İstanbula uçmalıdır. Sonra Tbilisi... Onu da mənim kimi
vətənimədək olan yolun uzunluğu qayğısı sarmışdır. Tokio
ilə İstanbul arasında 12 saatlıq hava yolu məsafəsi var
(Təxminən Moskva-Tokio məsafəsi kimi).
Saat 10 oldu. Şaiq gəlmədi, 11 oldu gəlmədi, 12-yə
bir neçə dəqiqə qalmış qapım döyüldü. Şaiqdi. «Bağışlayın,
gecikmişəm» dedi.
Dedim ki, eybi yoxdur, azərbaycanlıyıq, alman
deyilik ki, dəqiqliyimiz olsun. Görünür sözüm onu tutdu...
Getdik Tohoku Universitetinə. Prof.Kuroda öz
kabinetindəydi. Bakıdan gətirdiyim üç suvenir kiçik xalçanın
birini ona verdim (xalçaların hər biri üzərində Qız Qalasının
təsviri vardı), 2007-ci ildə çap olunmuş «Azərbaycan
haykuları»
kitabımı,
2005-ci
ildə
Tokioda
mənim
haykularım və yaradıcılığım haqqında nəşr olunan məqalənin
surətini bağışladım. Məmnun oldu, təşəkkürünü bildirdi. Bir
qədər söhbətləşdik. Fars dilində danışırdıq. Dedi ki, imkan
olan kimi mənim Azərbaycan haykularımı Yaponiyada,
bəlkə də elə Sendayda tərcümə və çap etdirəcək, «inşallah»
deməyi də unutmadı. Qapı döyüldü və açıldı. Gözəl bir
nərmənazik qadın kabinetə daxil oldu.
Şahin Fazil
142
- Savaye Fumikodur, - dedi Takaşi Kuroda. Sonra
məni də ona təqdim etdi.
Savaye Fumiko bu Universitetin professorluğuna
namizəddir (Assosiate Professor), doktor elmi dərəcəsi
almışdır. Xanım mənə öz vizit kartını, mən də ona
«Azərbaycan haykuları»mı verdim. Varaqladı. Birdən-birə
heç gözləmədiyim halda türkcə «Mərhəba, mərhəba,
məmnun oldum», dedi. Mən də onunla tanışlıqdan məmnun
olduğumu bildirdim, amma türkcəni harada öyrəndiyini
soruşmağa macal olmadı. Yəqin ki, Türkiyədə oxuyub.
T.Kurodaya telefonla zəng etdilər və o, mənə müraciətlə
prof. Okanın məni gözlədiyini söylədi.
Kabinetdən çıxıb liftə tərəf getdik. Beşinci mərtəbəyə
qalxmalıydıq. Xanım Fumiko məndən belə bir xahiş etdi:
- Sizin bu qış mövsümündə Sendaya gəlişiniz ilin
soyuq vaxtına düşdü. May ayında buranın havası gözəl olur.
Sizi, əgər razılaşsanız bir dava Sendaya də’vət edəcəyik.
Də’vətimizlə razılaşsanız çox məmnun olarıq.
Təşəkkürümü bildirdim. Amma dedim ki, buraya
gəldiyim 10 min kilometrlik yolun əziyyəti hələ canımdan
çıxmamışdır, əgər bir-iki ildən sonra çağırsanız, gəlməyə
çalışaram.
V mərtəbədə xanım Fumiko ilə xudahafizləşdik.
Prof. Hiroki Okanın kabineti. O da, təqdim etdiyim
hədiyyələri qəbul etdi. Bir qədər söhbətdən sonra birlikdə
buradan o qədər də uzaqda olmayan Senday Beynəlxalq
Mədəniyyət Mərkəzinə gəldik, müxtəlif otaqları gəzdik,
yapon rəssamlarının çəkdikləri rəsmlərə və vestibüldə
qoyulmuş heykəllərə baxdıq. Günorta yeməyini bu Mərkəzin
yeməkxanasında yedik. Xeyli söhbətləşdik. Professor
özünün Çinə səfərindən söhbət açdı. Mə’lum oldu ki, cənab
|